

İnsanların mağazalarda yaxşı performanslı kiçik smartfonları tapmaq çətinlikləri olduğu bir müddətdə Apple şirkəti iPhone SE modelini satışa çıxartdı. Apple şirkətinin trend olduğunu nəzərə alan digər şirkətlər bu cür yol ilə getməyi qərarlaşdırdılar. Şaiyələrə görə Samsung artıq öz kiçik smartfonunu təqdim etməyə hazırlaşır. Növbədə Xiaomi şirkətidir. Bir çox məlumatlara əsasən Xiaomi tərəfindən təqdim ediləcək yeni smartfon 1280x720 piksel keyfiyyətli 4.3 inç ekrana, Qualcomm Snapdragon 820 prosessoruna, 3 GB RAM-a, 32 GB daxili yaddaşa, 13 MP-li arxa kameraya və 2350 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bundan əlavə olaraq smartfon barmaq izi və tez enerji yığma funksiyası ilə təchiz olunacaq. Onun qiyməti isə $270 civarında olacaq. Smartfon barəsində başqa heç bir şey məlum deyil. Hətda bilinmir ki, o Çin bazarından başqa digər bazarlardada satışa çıxacaq yoxsa yox. Lakin smartfonu almaq istəyən alıcı üçün bu çox güman ki, problem olmayacaq. Nəzərə alsaq ki, bir çoxları iPhone SE modelinə bənzər lakin Android platformalı smartfon gözləyir, bu xəbər onların ürəklərincə olacaq.
Şərh yoxdur