
Killzone yaradıcılarından yeni oyun
Digər
Oyun və Film
07.05.2017
Farid Pardashunas
Killzone oyun seriyasını yaradan Guerilla Games studiyası Sony şirkətinin press-konfransında tamamilə yeni proyekt olan Horizon: Zero Dawn oyununu anons edib. Horizon: Zero Dawn macəra dolu third-person action oyundur. Ssenariyə əsasən qlobal problemlər nəticəsində insanlar qəbilə yaşam tərzinə keçərək heyvan formasında olan robotlara qarşı mübarizə aparacaqlar. Oyunun baş qəhrəmanı Eloy adlı qız olacaq. Horizon-da hadisələr təkcə meşələrdə deyil, dağlarda və insanlar tərəfindən tərk edilmiş böyük şəhərlərdə baş verəcək. Horizon: Zero Dawn 2016-cı ildə eksklüziv olaraq PS4 üçün satışa çıxacaq.
Linki kopyala
Həftənin xəbərləri

