

Başlamaq üçün çox gec qaldığınızı düşünürsünüz?
Hamının bir çox xəyalları, istəkləri var. Öz işimizi qurmaq ya da başımızı götürüb uzaq ölkələrə səyahətə çıxmaq. Adətən bütün bu istəkləri ertələyirik. Həyatlarımızın içində ənənəvi bir tərzə alışıb sonra bu tərzi sanki biz qurmamışıq kimi divarlarımızın içinə özümüzü həbs edirik. Hər şey üçün, xüsusilə də "niyə edə bilməyəcəyimiz” üçün bir çox cavabımız var!
Əslində ən vacib suala bir cavabımız yoxdur. "Nə qədər yaşayacağımız?”
Hər şeyi bilməliyəm deyən mənim üçün, bu sualın cavabını heç vaxt bilə bilməyəcək olmağım mənə bunu sübut edir. Heç bir şeyi ertələməməli və eyni zamanda xəyallarımızdan da heç zaman ümidimizi üzməməliyik. İşin doğrusu, həyatda heç bir qayda yoxdur, sadəcə biz varıq və bütün sərhədləri biz təyin edirik. Özümüzü yaşlı hiss ediriksə yaşlıyıq, edə bilməyəcəyimizə inanırıqsa edə bilmərik, bizim üçün gecdir deyiriksə gecdir.
Məncə bir daha düşünməyə dəyər. "Nə qədər yaşayacağıq?”.
Ertələdiyiniz şeyləri edə biləcək qədər yaşayacağınıza əminsiniz?
Aşağıdakı qrafikdən 35 yaşından sonra Biznes mühitində uğur qazanmış ən məşhur şəxslər ilə tanış ola bilərsiniz.
Şərh yoxdur