KİPU - kitab həvəskarlarını bir araya toplayan şəbəkə.

KİPU - kitab həvəskarlarını bir araya toplayan şəbəkə.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

KİPU ilə həm rəqəmsal həm də fiziki şəkildə kitablarınızı bölüşə bilərsiniz.


Türk girişimcilər (təşəbbükarlar) tərəfindən hazırlanan Kipu, nəhayət ki, kitab fokuslu mobil tətbiqlər arasında öz yerini aldı. Üstəlik təkcə fiziki olaraq deyil, rəqəmsal dünyada da kitab paylaşımına yönəlmiş böyük bir hədəfləri var. Rıza CemÖzüm Erdoğan tərəfindən qurulan Kipu, 14 aylıq bir hazırlanma mərhələsindən sonra nəhayət iOS Android üçün marketlərdə yerini tutdu. 3 aylıq test meddətini geridə buraxan bu tətbiq uğurla yoluna davam edəcəkmiş kimi görünür.

Test müddəti ərzində 2500 dəfə yüklənilən və 1800 aktiv istifadəçisi olan Kipu, kitabxananızı rəqəmsal dünyaya daşımağa imkan verir. Kipu arxivində olan 90 min fərqli kitabı, fərqli başlıqlar (oxuduqlarım, bəyəndiklərim və s.) adı altında profilinizə əlavə edə bilərsiniz.


 
İstifadəçidən istifadəçiyə pulsuz kitab göndərmək.
Yuxarıda qeyd etdiyimiz kimi, Kipu\'nun əhatə dairəsi sadəcə rəqəmsal bazar deyil eyni zamanda real olaraq kitabların paylaşılması mümkündür. İstədiyiniz bir kitabı qarşı tərəfə pulsuz vermək imkanınız da mövcuddur. Əgər başqasından kitab almaq istəyən istifadəçisinizsə 5 TL daşınma xərcini ödəməklə kitabı əldə edə bilərsiniz. Ödəməni tətbiq üzərindən kredit kartı vasitəsilə həyata keçirmək mümkündür. Kitab göndərməyi hədəfləyən istifadəçi isə daşınma şöbəsinə yaxınlaşaraq kitabı təhvil verib, göndərir.



52 min dollar investisyia ilə fəaliyyətinə başlayan Kipu hələ ki, bir daşınma şirkəti ilə razılıq əldə edib və bu kanaldan pul qazanmaq niyyətindədir. Zaman keçdikcə yeni xidmətlər əlavə edərək pul qazanmağı hədəfləyən bu startup görünür ki, interfeys olaraq uğurlu deyil lakin hələlik tətbiqlər öz işinin öhdəsindən yaxşı gəlir. Tətbiqi Google PlayApp Store\'dan yükləyə bilərsiniz.

Mənbə: Webrazzi


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×