Alman Clemens Bimek kişilər üçün hazırladığı yeni bir yöntəmi təqdim edib. Hazırlanan bu balaca cihaz vasitəsilə münasibətdə olduğunuz qadının hamilə qalmasını əngəlləyə biləcəksiniz. Bu cihazın üzərində açma və bağlama düymələri ilə sperm axışını nəzarətdə saxlaya biləcəksiniz. Bunun nəticəsində lazımsız hamiləliklərdən canınızı qurtarmış olursunuz. 1.8 santimetr uzunluğundaolan bu cihazın ağırlığı sadecə 2 qramdır. Bu cihazın cinsiyyət orqanına 30 dəqiqəlik bir əməliyyatla yerləşdirilir və əllə idarə oluna bilir. Cinsi münasibət zamanı sperm gəlməsini əngəlləmək istəyirsinizsə düyməni sıxın kanalı bağlayın. Bu cihazın 25 kişi üzərində test ediləcəyi açıqlanıb. Lakin Alman uroqların sözcüsü bu işin təhlükəli olduğunu və sperm kanallarına ciddi ziyan verə biləcəyini elan edib.
Şərh yoxdur