main-post-cover

    "Kissenger" ilə virtual öpüşmək reallığa çevrilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əgər sevdiyiniz şəxsdən uzaqdasınızsa, onda yəqin ki, onunla əlaqə saxlayaraq sevdiyinizi bildirmək ağlınıza gələn ilkin variantlardan biri olacaq. Bir çox insan öz sevgisini bildirmək üçün sevdiyi insanlara gülən və ya öpən stiker və emosiyalar göndərir. Amma alimlər sevdiklərinizi artıq virtual yolla özünüzün öpə biləcəyiniz yeniliyə imza atıblar.

    Artıq görüşməyinizə də ehtiyac qalmayacaq 

    Bu işdə sizə messengerin yeni forması Kissenger, başqa adla desək mobil öpüş messengeri yardımçı olacaq. İki tərəfli olan bu texnoloji yenilik, sizin və qarşı tərəfin öpüş hissini bir-birinizə ötürəcək. Bu yenilik toxunma elmi üzərində iş aparan ingiltərəli araşdırmaçılara aiddir. Emma Yann Zhang bildirir ki, onun yaratdığı bu messenger beynəlxalq əlaqələri təmin edəcək. Kissenger-in əsas məqsədi insanların dərin emosiyalarını üzə çıxarmaq və bu yaxınlığı multisensorlu internet əlaqəsi vasitəsilə təmin etməkdir.

    Bunun üçün istifadəçi öz iPhone-na plastik Kissenger əşyasını yapışdırmalı və qarşı tərəfləFaceTime yaxud Skype vasitəsilə əlaqə saxlamalıdır. Əgər istifadəçilərdən biri digərini öpmək istədikdə onda dodaqlarını həmin silikon materiallı plastikə sıxmalıdır. Bu silikon hissə güc sensorları ilə təchiz olunub. Araşdırmaçılar bildirir ki, istifadəçinin öpüşü qarşı tərəfə real vaxtla ötürülür.
    Təbii ki, hamının sevgilisi olmadığını nəzərə alan araşdırmaçılar bu yenilikdən uzaq məsafədə yaşayan ailə üzvləri üçün də istifadə etməyin mümkün olduğunu bildirirlər.
    Emma Yann Zhangın yeni texnoloji vasitəsi bu həftə robotlarla sevgi və cinsi əlaqələr mövzusunda konfransda maraqla qarşılanıb. O gələcəkdə süni intelektin inkişafı nəticəsində robot və insanlar arasında belə hislərin normal qarşılanacağını və öpməyin bu işdə nə qədər böyük rol oynadığını bilmək istədiyini bildirib. O, verdiyi hesabatda insanlarla robotların yaxın əlaqələrini etik cəhətdən düzgün olub-olmayacağını araşdırmada nəzərə almayacağını bildirib.

    Araşdırmaçı bildirib ki, onun əlində prototip olduğu üçün təcrübələrini aparmaqda davam edəcək. O, təcrübələrində insanların bu texnikadan istifadə etməsinə və bu yeniliyin onlarda hansı hislər oyatması haqda sorğu keçirəcəyini bildirib. Bundan əlavə təcrübəçilərin ürək, qan-damar kimi göstəriciləri də qeyd olunacaq. Bunu etməkdə məqsəd insanların virtual yolla öpüşməsinin nə dərəcədə effektiv olmasını yoxlamaqdır.
    Bundan əlavə təcrübəçilər Turing testindən keçəcəklər. Burda isə istifadəçiyə iki subyekt tərəfindən Kissenger vasitəsilə öpüş göndəriləcək. Daha sonra istifadəçidən onlar arasında fərq soruşulacaq. Amma istifadəçiyə bunlardan birinin insan öpüşünü təqlid edən kompüter proqramı olduğu bildirilməyəcək.
    Texnologiyanın inkişafı insanların işini asanlaşdırsa da ortaya çıxan belə qəribə faktlar gələcəklə bağlı narahatçılıqlar da özü ilə bərabər gətirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər