

Bu gün biz, sizlərə bir kitabın necə e-kitab formasına çevrilməsini diqqətinizə çatdıracağıq. Bilirsiniz ki, bəzən ətrafımızda nadir tapılan kitablar olur ki onu əldə etmək çətin olur. Bu müxtəlif səbəblərdən aslı ola bilir. Kitabın baha olması və ya sadəcə 1dənə olması, və ya bəzəndə o kitabın kaşki e-kitab forması olsaydı da oxusaydıq dediyimiz məqamlarla qarşılaşırıq. Deyəlim ki, yaxın bir tanışınızda bahalı bir kitab var və siz də ən az həmin keyfiyyətdə o kitaba sahib olmaq istəyirisiniz. Bunun üçün sizlərə ən universal metodlardan birini izah edəcəyik. Bunu etmək üçün aşağıda vurğulanan vasitələrdən istifadə etmək əlverişlidir.
Pdf scanning- siz mobil smartfonlarınıza bu mövzünda olan müxtəlif növ tətbiqetmələri yükləyərək, ən çox 1gün həmin kitabın sizdə olması kifayət edər ki, kitabın bütün vərəqlərini lazımı keyfiyyətdə scan edəsiniz. Scan olunduqdan sonra səhifələr smartfonunuzda pdf formatında olacaqdır.
Icecream PDF Split and Merge– daha sonra siz bu və ya buna bənzər
funksiyaları olan proqramlar vasitəsilə həmin pdf scanları smartfonunuzdan
alaraq kompyuterinizdə birləşdirib bir pdf formatına sala bilərsiniz. Bu da o
deməkdir ki artıq sizə lazım olan kitabın ən yüksək keyfiyyətdə e-kitabına
sahibsiniz.Demək olar ki sizin bunun üçün sadəcə bir gün əziyyət çəkəcəksiniz
ama nəticədə önəmli bir kitabın e-kitab formasına sahib olub yaxın
dostlarınızla paylaşa və ya elektron bazanızı formalaşdıra bilərsiniz. Daha
sonra istərsəniz o kitabı çap etdirin və ya e-kitab formasında kompyuterlərinizdə, planşetlərinizdə
oxuyun.
Alternativ olaraq daha yüksək keyfiyyətli scan olunan bir məhsulu sizin diqqətinizə çatdırmaq istəyirəm.
IRIScan
Book 3 –bu məhsul
sahəsində siz bütün kitabları, jurnalları və ya dərgiləri yüksək keyfiyyətdə
scan edib elektron formaya sala bilərsiniz. Olduqca gözəl işlər çıxanan bu məhsul
scan edilmiş kitabda, jurnalda və ya dərgidə dəyişikliklər etmə imkanlarına da
sahibdir. IRIScan məhsulunun müxtəlif növləri mövcuddur. Keçmişdən qalan
jurnalların dərgilərin yenidən olduğu kimi bərpa edilməsi üçün də həmçinin əvəz
edilməzdir bir məhsuldur.

Şərh yoxdur