Klaviaturada 0 rəqəmi niyə əvvəldə deyil, ən sondadır, bilirsinizmi?

Klaviaturada 0 rəqəmi niyə əvvəldə deyil, ən sondadır, bilirsinizmi?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Rəqəmlərin ardıcıllığına məntiqi olaraq yanaşsaq 0123… şəklində olmalıykən, niyə 12...7890 şəklindədir?

Aranızda bununla maraqlanan olubmu, bilmirəm, amma əminəm ki, bir çox insan klaviaturanın üst hissəsində yer alan rəqəmlərdən 0’ın niyə 1’in yanında deyil, 9\'un sağında olduğunu düşünmüşdür. Əslində məntiqi olaraq da bu şəkildə olması lazımdır. Bunun səbəbi isə yazı cihazlarının tarixində gizlidir.

Köhnə yazı cihazlarında rəqəmlər 2’dən başlayıb 9’a qədər davam edirdi. Yəni nə 0, nə də 1 rəqəmi var idi. Bu rəqəmlər isə böyük ‘o’ və kiçik ‘L’ (l) olaraq yazılırdı. Gününüzdə o və l hərfləri görüntü olaraq 0 və 1’dən fərqli görünürdü, amma o zamanlar ikisi arasında elə də böyük fərq yox idi. Beləliklə də, yazı cihazları üzərində əlavə yer tutmasın deyə o düymələrdən istifadə olunmurdu.

Yavaş-yavaş bu rəqəmlər də əlavə olundu. İşə əvvəlcə 0 rəqəmini əlavə etməklə başladılar. Bunun səbəbi isə texnologiyanın inkişafı və istehlakın artması səbəbindən 0 rəqəmi yerinə O hərfini istifadə etmənin lazımlığı azaltması idi. Buna səbəb olan hadisə isə, O hərfini yazmaq üçün yazı cihazında eyni zamanda Shift düyməsinə də basmaq lazım idi. Saniyədən daha az vaxt itkisi üçün O hərfi yerinə 9’un sağ tərəfinə 0 rəqəmi əlavə olunur. 2’nin yanına əlavə olunmamasının səbəbi isə rəqəmlərin 0234 şəklində başlamasının qəribə olacağı idi.


Klaviaturadakı rəqəmlərə daha sonra 1 əlavə olunub. 0 rəqəmində yaşanan səbəblərdən dolayı əlavə olunan 1, təbii ki, 2’nin solunda olmalı idi. Aradan keçən zaman ərzində isə insanlar 0’ın klaviaturadakı yerinə alışıblar və onu 1’in soluna əlavə etməyi lazım bilməyiblər.

Bəli, rəqəmlərin belə maraqlı tarixçəsi var :)


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×