



3. Komputerinizdə olan "dilmac imla” tətbiqində göstərilən birləşmə kodunu mobil telefonunuzda tətbiqin uyğun xanasına daxil edin.
4. Kodu daxil etdikdən sonra proqram avtomatik olaraq aktivləşir. Telefonunuzun ekranına toxunaraq danışın və nitqiniz mətn formasında komputerin ekranında yazılsın. Bu əməliyyatı həyata keçirən zaman komputerinizdə hər hansı mətn redaktoru proqramını açın, səsləndirdiyiniz nitq həmin redaktorda görünsün.
Sözü gedən tətbiq aşağıdakı hallarda sizə kömək ola bilər:
-Microsoft Word və digər bu kimi tətbiqlərdə rahat mətn tərtib etmək üçün.
-Facebook və digər sosial şəbəkələrdə məlumat paylaşımı etmək üçün.
-Mail və digər məktublarınıza klaviaturadan istifadə etmədən cavab yazmaq üçün.
Tətbiqdən istifadə zamanı telefon və komputer internetə bağlı olmalıdır.
Bundan əlavə Tətbiqin nitqi daha dolğun ayırd edə bilməsi üçün telefonun mikrofon olan hissəsini ağzınıza yaxın tutun.
Əlavə olaraq Dilmac layihəsinin digər məhsulları ilə maraqlanmaq üçün https://dilmanc.az saytını ziyarət etmək faydalı olardı.
Şərh yoxdur