Komanda üzvlərinizin bir-birləri ilə mehriban olmalarını nə üçün istəməlisiniz?

Komanda üzvlərinizin bir-birləri ilə mehriban olmalarını nə üçün istəməlisiniz?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Əgər komanda üzvlərinin bir-birləri ilə mehriban olduqlarını, güldüyünü görürsünüzsə və ya bir-birlərinə "Babat tutuzdurmusan haa brat”, "Halaldı sənə ətağa” kimi sözlər sərf etdiklərini eşidirsinizsə sağlam bir iş mühitinə şahid olursunuz. İş mühitində ortaq paylaşılan sevgi mükəmməl bir şeydir.

Əgər işçilər iş mühitində rahat olsalar və iş yoldaşları tərəfindən dəstəkləndiyini düşünsələr yenilikçilik və yaradıcılığın dibinə vura bilərlər.

Technote olaraq hər zaman komanda daxilində bir-birimizin "ətini didsək" də sümüyünü yadlara atmırıq. Qazandığımız hər uğuru qeyd edir, hər komanda yoldaşımızın uğurlu işini qiymətləndiririk. Bizə görə yüksək səviyyədə emosional zəka uğurun ən güclü təyin edicisidir.


Emotional Intelligence (Emosional Zəka)-nın yazarı Daniel Goleman-a görə insanın emosional zəkasını yaradan 5 komponent mövcuddur.Emotional Intelligence (EQ); özünün fərqinə varmaq, özünü sevmək, motivasiya, empatiya və sosial bacarıqlar. Bir şəxsin EQ səviyyəsi onun davranışlarını necə idarə etdiyinə təsir göstərir.

İş Mühitində EQ

EQ komponentlərinin mövcud olduğu bir mühitdə işçilər bir-birinə yüksək dərəcədə güvənərlər. Buna görə də işçilər, risk alarkən, fikirlərini paylaşarkən və ya problem həll etdikdə yaradıcı fikirlər ortaya qoyarkən özlərini rahat hiss edərlər. Fikir ayrılıqları və ya problemlər baş göstərdiyi zaman yetkin və məhsuldar bir formada həll edərlər. EQ-su yüksək işçilər dəyişikliyə asan uyğunlaşarlar.

 

Daha yaxşı EQ səviyyəsinə çıxmaq

İş yerinə yeni işçi alarkən EQ səviyyəsi yüksək şəxsləri qəbul edin və ya hal-hazırda mövcud işçilərinizin EQ səviyyəsini yüksəltməyə çalışın. Emosional zəka davranışlarını aşağıdakı kimi modellərə ayıraraq başlayın.

Fərqlilikləri qucaqlayın.

Bugünlərdə bir çox işyeri son dərəcə çeşidlidir. Background, həyat təcrübələri, qərarlar və dünya görüşü fərqli olan bir yığın insan bir araya gəlmiş vəziyyətdədir. Hər şəxsin özünə məxsus xüsusiyyətlərinin qoruyucusu olmaq məcburiyyətində deyilsiniz ancaq bu xüsusiyyətləri iş mühitinizə fayda verəcək formada qucaqlaya bilərsiniz. Buna da bənzərsiz xüsusiyyətləri olan şəxsləri onlara uyğun vəzifələrə təyin edərək bacara bilərsiniz.

Dərindən dinləyin.

Danışdığınız qədər dinləməyə fokuslanın. Hərkəsin eşidilməyə ehtiyacı var. Siz də işçilərinizi dinləyərək onların da səsinin olduğu hissini verin. İşçilərinizin dediyi şeylərlə bəlkə problemi həll edə bilməyəcəksiniz, amma sadəcə onu dinləyərək onun üçün fərq yaratmış olacaqsınız.

Başqalarını önəmsəyin və bunu göstərin.

Müdirlər üçün işçilərini sevmək çox asan birşeydir, amma bu sevgini işçiyə hiss etdirmək isə bir o qədər çətindir. İşçinizin vurğulamaq istədiyi nöqtəni anlayın və lazım olduğunda şirkət qaydalarına belə istisna yaradaraq onu xoşbəxt edin.


Əgər emosional zəkanın iş mühitiniz üçün bir məna ifadə etmədiyini düşünürsünüzsə kiçik bir mübahisə mühiti yaradın, daha sonra işçilərinizin əhvallarının səviyyəsini və görülən işlərin keyfiyyətini incələyin. Əhvallarının korlandığını normal olaraq görəcəksiniz. Aparılan bir çox araşdırmaya görə işçilərin əhvalının korlanması şirkətin də iqtisadi səviyyəsinin düşməsinə gətirib çıxardır.

Buna görə də bir-birini sevən insanlardan ibarət olan iş mühitindən qorxmayın. Bəlkə də məqsədinizə çatmaqdakı əsas rolu elə bu oynayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×