Kompüterinizi sürətləndirmək üçün 4 sadə üsul

Kompüterinizi sürətləndirmək üçün 4 sadə üsul

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kompüteriniz siz bu xəbərə daxil olmağa çalışarkən belə donur? Ləng işləyir?  O zaman aşağıdaki üsullar sizə kömək edə bilər.
 
1. Dədə-baba üsulu: Söndürüb yandırmaq
 
Kompüter donub? Söndürüb yandırın. Bu üsul həmişə effektivdir. Çünki kompüteri söndürüb yenidən yandırdıqda bütün əməliyyatları bağlanır və hər şeyə yenidən başlanır, bu da sizə rahat işləmək imkanı verir. Amma burada diqqət etməli olduğunuz kiçik bir məqam var. Kompüteri söndürməzdən əvvəl task manager-ə daxil olaraq kompüter yanarkən avtomatik açılan proqramları deaktiv etməlisiniz. Bunun üçün shift+ctrl+delete kombinasiyasından istifadə edə bilərsiniz.  

2. Brauzerin keçmişini təmizləyin
 
Brauzerlə girdiyiniz hər sayt kompüterinizin yaddaşında saxlanılır. Bu saxlanılan fayllar çox kiçik həcmli olsalar da brauzerinizdə problemə yol aça bilərlər. Bu səbəbdən xrom istifadə edirsinizsə Ctrl+H kombinasiyasından istifadə edərək Tarixcə bölməsinə daxil olub "bütün tarixcəni sil" keçidinə klikləyərək brauzerinizi sürətləndirə bilərsiniz. Digər bir brauzerdən istifadə edirsinizsə sağ üst bölmədəki ayarlar hissəsindən tarixcə bölməsinə keçid edə bilərsiniz.
 
3. Antivirus proqramlarından istifadə edin
 
Sözsüz ki, kompüterdə ciddi bir problem və ya mütəmadi gecikmə yaranarkən ağıla gələn ilk şey viruslardır. Viruslardan xilas olmağın yolu isə anti-viruslardır. Anti-viruslardan istifadə edərkən həmişə tam axtarış rejimndən istifadə edin. Belə olan halda proqram kompüterinizi dərinliklərinə qədər yoxlayaraq sizə tam doğru cavabı verəcək.
 
4. Problem yaradan proqramları yenidən yükləyin
 
Kompüterdə istifadə edilən proqramlar hamısı eyni sistem üzərində çalışdıqları üçün bəzən bir-birlərinə problem yarada bəzənsə daxili problemlər səbəbilə yararsız hala düşə bilirlər. Bu səbəbdən sadə üsulla həmin proqramları uninstall edin və sonra yenidən yazın. Yenidən yüklənmiş proqram artıq problem yaratmayacaqş.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×