Kompüter ilə Facebook-da canlı yayım funksiyası aktiv oldu
Sosial Media
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Facebook", dünən verdiyi açıqlamada canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini bildirdi. Səhifələr üçün bir müddətdir ki aktiv olan bu funksiya artıq bütün Facebook profilləri üçün aktiv edilib. Bununla da istifadəçilər web kameralar vasitəsilə canlı yayım edə biləcəklər. Professional istifadəçilər bir neçə əlavə kamera, daha güclü ekran kartı və əlbəttə ki daha sürətli internet ilə daha keyfiyyətli yayımlar hazırlaya biləcəklər.
Canlı yayım funksiyası birbaşa olaraq Facebook-un əsas səhifəsində və istifadəçi profillərində qurulacaq. Bununla da kompüterlərdən canlı yayım etmək şəkil və status paylaşmaq qədər asan olacaq. Kompüterləriniz vasitəsilə etdiyiniz yayımlar dostlarınızın əsas səhifəsində eynilə smartfonlardakı kimi görünəcək.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)