main-post-cover

    Kompüter ilə Facebook-da canlı yayım funksiyası aktiv oldu

    Sosial Media
    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Facebook", dünən verdiyi açıqlamada canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini bildirdi. Səhifələr üçün bir müddətdir ki aktiv olan bu funksiya artıq bütün Facebook profilləri üçün aktiv edilib. Bununla da istifadəçilər web kameralar vasitəsilə canlı yayım edə biləcəklər. Professional istifadəçilər bir neçə əlavə kamera, daha güclü ekran kartı və əlbəttə ki daha sürətli internet ilə daha keyfiyyətli yayımlar hazırlaya biləcəklər. 
     
    Canlı yayım funksiyası birbaşa olaraq Facebook-un əsas səhifəsində və istifadəçi profillərində qurulacaq. Bununla da kompüterlərdən canlı yayım etmək şəkil və status paylaşmaq qədər asan olacaq. Kompüterləriniz vasitəsilə etdiyiniz yayımlar dostlarınızın əsas səhifəsində eynilə smartfonlardakı kimi görünəcək.
     

    Linki kopyala