main-post-cover

    Komputerinizdə WhatsApp isifadə etmək üçün yeni əlavə: WhatsChrome

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Chrome üçün hazırlanan WhatsChrome əlavəsi, komputeriniz vasitəsilə WhatsApp'dan funksional istifadə imkanları təqdim edir.


    WhatsApp'ın web versiyasına alternativ hazırlanan WhatsChrome əlavəsi ilə WhatsApp'dan tam funksional şəkildə masa üstü komputerinizdə istifadə edə bilərsiniz. Sual yarana bilər ki, WhatsApp'ın web versiyası ola-ola, bu əlavədən niyə istifadə etməliyik?
     
    Əvvəla bu əlavə WhatsApp'ın web versiyasına nisbətən daha stabil çalışır. Browser'inizi bağlasaz belə WhatsApp işlək vəziyyətdə qalır.

    WhatsChrome'un imkanları aşağıdakılardır:
    1. Sizə gələn mesaj bildiriş olaraq browserin əlavəsində görsənəcək.
    2. Komputerinizin mikrofonundan istifadə edərək səsli mesaj göndərə biləcəksiniz.
    3. Şəkil göndərmək üçün kameradan istifadə edə bilərsiniz.
    4. Şəkil və video göndərmək üçün komputerinizdən istifadə edə bilərsiniz. 
     
    Qısacası mobil WhatsApp'da istifadə etdiyiniz bütün funksiaları masa üstü əlavəsində raharlıqla istifadə edə bilərsiniz. Əgər qeyd olunanlar sizi qane edirsə sözü gedən əlavəni bu keçiddən yükləyə bilərsiniz.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər