

Çoxumuzun başına gəlib, internetdən hansısa səbəbə görə hansısa bir proqram yükləmək istəyərsiniz, ancaq yükləyəndən sonra başa duşərsiniz ki yüklədiyiniz proqramın sizin istədiyiniz proqrama heç dəxli yoxdur. Sonra öz browserinizi açıb sosial şəbəkələrə girmək istəyərsiniz ancaq bu nədir? Birdən birə 3-4 ədəd reklam ekranı baglayıb. Onları yox eləyib ilk dəfələrdə fikir verməzsiniz ama daha sonralar insanı bezdirməyə başlayarlar. Təbriklər, komputerinizə virus bulaşıb.
Əlbətdə ki, antivirus adlanan xüsusi komputer proqramları belə virusların qarşısını almaq üçün ən yaxşı vasitələrdəndir, ancaq hər zaman tam istifadəyə yararlı deyillər. Bəzən bu rekam məqsədli virus proqramları ozlərini elə qələmə verirlər ki, sizin antivirus proqramlarınız onların sadə, zərərsiz bir yüklənmə olduğunu düşünür və onlara toxunmur. Həmin virus proqramları da heç nə olmamış kimi öz işlərini davam elətdirirlər. Olmaz axı belə.
Məhz belə halların qarşısını almaq üçün, bəzi insanlar və şirkətlər xususi "Anti Malware" proqamları yaradıblar, hansı ki sırf reklam məqsədli virusların və trojanların axtarılıb məhv edilməsi məsələsi ilə məşğul olurlar. Biz də sizə belə proqramlardan ən yaxşı dördlüyün siyahısını hazırladıq. Bunlardan istədiyinizi istifadə edə bilərsiniz, ancaq sizə məsləhətim dördünü də arxa-arxaya sıra ilə istifadə etməyinizdir. Yalnıız belə olduqda komputerdə heç bir virus yaxud trojanın qalmayacağından əmin ola bilərsiniz.
1) AdwCleaner
AdwCleaner çox sadə bir proqramdır, proqramı yüklədikdən sonra açın və Scan düyməsinə basın. Proqram zərərli proqramları axtarıb tapdıqdan sonra Cleaning düyməsinə basın və təmizləmə başlayacaq.
2) Junkware Removal Tool
JRT də çox sadə bir proqramdır. Proqram işlədildikdən sonra açılan pəncərədə Press any key to continue… yazılan zaman enter düyməsinə basmağınız kifayət edir. Virusların təmizlənməsi bitdikdə isə ekrana hansı virusların haradan təmizlənidiyini yazan ikinci bir pəncərə açılacaq.
3) Malwarebytes Anti-Malware
Bu proqramın istifadəsi də çox sadədir. Sadəcə şəkillərdə göstərilən addımlara əməl edin. Qeyd edək ki prosses bitdikdən sonra komputeriniz avtomatik olaraq sönüb yanacaq.
4) HitmanPro
Bu proqramın da yüklənilməsi və istifadəsi üçün şəkildəki kimi etməniz bəs edəcəkdir. Ancaq ən axırda proqram lisenziya istəyəcək. Orda Activate Free License bölməsinə basıb öz emailinizi 2 dəfə yazmanız bəs edəcəkdir.



Hələ də komputerinizdə problemlər var? Komputerinizi bir ustaya göstərməyiniz də məsləhətdir.
Şərh yoxdur