main-post-cover

    Kompyuterinizi telefondan idarə etmək üçün mövcud olan proqramlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefonlar sahib olduğu xüsusiyyətlər ilə hər gün daha çox kompyuterlərimizə bənzəməyə başlayır, amma hələ də bu iki cihaz arasında yerlə göy qədər fərq var. Amma bəzən hər iki cihazı eyni anda istifadə etmək istəyirik, amma çətinlik çəkirik. Bu yazımızda sizə hər iki cihazı necə idarə edə biləcəyiniz barədə mövcud olan proqramlar barədə məlumat verəcəyik. 
     
    REMOTE CONTROL COLLECTİON
    Bu proqram ilə telefonu qoşduğunuz kompyuterin mouse'u, klaviaturası və ekranı olaraq istifadə edə bilərsiniz. Olduqca populyar olan bu proqram ilə cihazınızdan istifadə edərək sənədləri, təqdimatları hazırlaya bilərsiniz. Həmçinin musiqi, videoları idarə edə və daha çox işi eyni anda görə bilərsiniz. Proqramın idarə olunması, interfeysi də olduqca sadədir.
     
    REMOTE LİNK (PC REMOTE)
    ASUS'un yaratdığı bu proqram sadəcə ASUS deyil, digər cihazlarda da işləyir. Ağıllı telefon və ağıllı saat üzərindən kompyuterinizi idarə etmənizə kömək edən proqram eyni zamanda mükəmməl fayl göndərmə vasitəsidir. USB 3.0 sürətinə sahib olan proqram telefon və cihaz arasındakı əlaqəni mükəmməl qurur.
     
    CHROME REMOTE DESKTOP
    Google tərəfindən yaradılmış bu proqram Chrome proqramının yüklü olduğu bütün cihazlarda və kompyuterlərdə işləyə bilir. İki cihazdan da eyni Chrome hesabına girərək verilmiş PİN kodu daxil edərək cihazlar arasında əlaqə qura bilərsiniz. Proqram telefonun ekranının bir hissəsini görüntüləyir və digər hissələri görə bilmək üçün telefonunuzu görmək istədiyiniz istiqamətə doğru meyl etdirməyiniz kifayətdir. Bu proqramın digər xüsusiyyəti də, daha yaxşı istifadə təcrübəsi təqdim etmək üçün kompyuterlərə uyğunlaşdırılmış klaviaturasının olmasıdır.
     
    UNİFİED REMOTE
    90'dan çox proqramı özündə birləşdirən bu proqram sayəsində musiqi dinləməkdən tutmuş sənəd düzəltməyə, ekran görüntüləməsindən tutmuş şəbəkə şifrələməyə qədər hər şeyi edə bilərsiniz. Windows, Ctrl, Shift, Alt, Fn kimi kompyuterlərə xas olan düymə seçimlərini də tapa biləcəyiniz bu proqram özünə məxsus temalara da sahibdir.
     
    TEAMVIEWER FOR REMOTE CONTROL
    Olduqca sürətli və təhlükəsiz olan Teamviewer for Remote Control cihazlar arasında fayl mübadiləsini təmin edir. Bu proqramı istifadə edə bilmək üçün kompyuter proqramına da sahib olmalısınız. Daha sonra isə telefonda göstərilən İD'ni kompyuterdə daxil edərək istədiyiniz əməliyyatı edə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər