Kompyuterinizi telefondan idarə etmək üçün mövcud olan proqramlar

Kompyuterinizi telefondan idarə etmək üçün mövcud olan proqramlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ağıllı telefonlar sahib olduğu xüsusiyyətlər ilə hər gün daha çox kompyuterlərimizə bənzəməyə başlayır, amma hələ də bu iki cihaz arasında yerlə göy qədər fərq var. Amma bəzən hər iki cihazı eyni anda istifadə etmək istəyirik, amma çətinlik çəkirik. Bu yazımızda sizə hər iki cihazı necə idarə edə biləcəyiniz barədə mövcud olan proqramlar barədə məlumat verəcəyik. 
 
REMOTE CONTROL COLLECTİON
Bu proqram ilə telefonu qoşduğunuz kompyuterin mouse\'u, klaviaturası və ekranı olaraq istifadə edə bilərsiniz. Olduqca populyar olan bu proqram ilə cihazınızdan istifadə edərək sənədləri, təqdimatları hazırlaya bilərsiniz. Həmçinin musiqi, videoları idarə edə və daha çox işi eyni anda görə bilərsiniz. Proqramın idarə olunması, interfeysi də olduqca sadədir.
 
REMOTE LİNK (PC REMOTE)
ASUS\'un yaratdığı bu proqram sadəcə ASUS deyil, digər cihazlarda da işləyir. Ağıllı telefon və ağıllı saat üzərindən kompyuterinizi idarə etmənizə kömək edən proqram eyni zamanda mükəmməl fayl göndərmə vasitəsidir. USB 3.0 sürətinə sahib olan proqram telefon və cihaz arasındakı əlaqəni mükəmməl qurur.
 
CHROME REMOTE DESKTOP
Google tərəfindən yaradılmış bu proqram Chrome proqramının yüklü olduğu bütün cihazlarda və kompyuterlərdə işləyə bilir. İki cihazdan da eyni Chrome hesabına girərək verilmiş PİN kodu daxil edərək cihazlar arasında əlaqə qura bilərsiniz. Proqram telefonun ekranının bir hissəsini görüntüləyir və digər hissələri görə bilmək üçün telefonunuzu görmək istədiyiniz istiqamətə doğru meyl etdirməyiniz kifayətdir. Bu proqramın digər xüsusiyyəti də, daha yaxşı istifadə təcrübəsi təqdim etmək üçün kompyuterlərə uyğunlaşdırılmış klaviaturasının olmasıdır.
 
UNİFİED REMOTE
90\'dan çox proqramı özündə birləşdirən bu proqram sayəsində musiqi dinləməkdən tutmuş sənəd düzəltməyə, ekran görüntüləməsindən tutmuş şəbəkə şifrələməyə qədər hər şeyi edə bilərsiniz. Windows, Ctrl, Shift, Alt, Fn kimi kompyuterlərə xas olan düymə seçimlərini də tapa biləcəyiniz bu proqram özünə məxsus temalara da sahibdir.
 
TEAMVIEWER FOR REMOTE CONTROL
Olduqca sürətli və təhlükəsiz olan Teamviewer for Remote Control cihazlar arasında fayl mübadiləsini təmin edir. Bu proqramı istifadə edə bilmək üçün kompyuter proqramına da sahib olmalısınız. Daha sonra isə telefonda göstərilən İD\'ni kompyuterdə daxil edərək istədiyiniz əməliyyatı edə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×