Kong: Skull Island   filmi (İCMAL)

Kong: Skull Island filmi (İCMAL)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Son vaxtlarda bir çox film studiyaları öz film seriyalarını yaratmağa çalışırlar. Şübhəsiz ki, bunda Marvel studiyasının uğurunun çox böyük təsiri var. Lakin digər bütün studiyalarda bu hər zaman Marvel-dəki kimi uğurlu alınmır. "Kong: Skull Island” filmini izləməmişdən öncə başa düşmək lazımdır ki, bu film, 2014-cü ildə böyük ekranlara çıxmış "Godzilla” filminin rəsmi olaraq ikinci hissəsi hesab edilir. Burdan sual yarana bilər ki, bəs bu iki film arasındakı əlaqə haradadır və nəyə görə Kong-un ölçüsü bu qədər böyükdür? Bunun cavabı çox sadədir. Belə ki, 2020-ci ildə "Kong vs Godzilla” filmi izləyicilərə təqdim olunmalıdır. Buna görə də Kongun, Godzilla ilə qarşıdurması baş versin deyə onun ölçüləri böyük miqyasda hazırlanmışdır. Və əgər biz artıq Godzilla ilə tanış olmuşuqsa, sözügedən yeni film bizi, ikinci nəhəng canlı olan Kong ilə tanış edir. Bu tanışlıq nəinki 2014-cü ildə təqdim olunmuş "Godzilla” filmi kimi ciddi olmur, hətta bəzi yerlərdə öz məntiqsizlikləri ilə də film barədə olan fikirləri aşağı salır. Beləliklə də nəhəng canlıların olduğu film seriyası, ikinci film ilə davam edir. Deməli, tədqiqatçılardan ibarət bir qrup, "tədqiqat məqsədilə” daha öncə bilinməyən bir adaya yollanırlar. Bundan sonra isə film ani olaraq izləyiciləri, hadisələrin düz mərkəzinə atır. Kompüter qrafikası baxımından filmə heç bir mənfi fikir bildirmək olmaz. Bu baxımdan o öz büdcəsini 100% qarşılayır. Lakin bu cür filmin fonunda aktyorların oyunu tamamilə itir və yadda qalmır. Bunun isə izahı odur ki, ilk baxışdan aktyorların canlandırdıqları personajlar özlərini əsl qəhrəman kimi aparmağa çalışsalar da, bu onlarda çox pis alınır. Əsl qəhrəman və baş personaj, Kong-un özüdür. Mənfi obrazlar isə əslində insanlar özləridir. Yəni, filmdə başa düşmək olar ki, Kong, adanın bir növ sahibi və qoruyucusudur. İnsanlar isə həmin adaya digər niyyətlərlə gəldikdə istər-istəməz Kong öz evinin keşiyində durur. Bununla da öz səhvlərinə görə Kong-u günahlandırmaq biraz məntiqsiz hesab olunur. Lakin əks halda filmin süjet xətti də olmazdı.


İndi isə gələk aktyorlara. Tom Hiddleston-un canlandırdığı personaj James Conrad yenə də özünü adadakı bütün insanları qurtaracaqmış kimi bir hiss bağışlamağa çalışır. Lakin bu da onda alınmır. Brie Larson-un canlandırdığı fotoqraf Mason Weaver-in demək olar ki, bütün film boyunca, hətta ən təhlükəli anlarda belə, əlinə silah almadan təkcə fotokamera ilə qaçması çox gülünc görünür. Filmdə olan bütün hadisələrin bütün səbəbkarı kimi Kong-u görən və onu günahlandıraraq ondan qisas almağa çalışan Samuel L. Jackson-un personajı Preston Packard isə çox dəlisov görünür. Bəlkə də filmdə ən yadda qalan və ağlı yerində olan personaj, aktyor John C. Reilly-nin canlandırdığı Hank Marlow-dur. Həqiqətən də film boyu və filmdən sonra belə, yadda qalan personaj məhz Hank Marlow olur. Onun filmə qatdığı yumor və sarkazm, filmə bir başqa rəngarənglik gətirir. Filmin musiqi tərtibatı və rəng palitrasına söz ola bilməz. Hər şey öz yerindədir. Burda Black Sabbath, The Animals, David Bowie-dən musiqilər yer alıb. Filmin rəng palitrası və musiqi tərtibatı, bizlərə retro janrından salam deyir. Yəni tərz baxımından filmdə hər şey qaydasındadır. Hətta vertolyotların, günəş, qüruba gedən zaman uçması "Apocalypse Now” filmindəki səhnəni xatırladır. Slo-mo səhnələr də çox effektli bir şəkildə yaradılıb. Bu cür filmdə istər-istəməz ətraf mühiti və canlıları daha dəqiq şəkildə görmək istəyi olur. Bu baxımdan da slo-mo yaxşı reallaşdırılıb.

Ümumiyyətlə bu filmi, 2005-ci ildə çıxmış Peter Jackson-un "King-Kong” filmi ilə qarşılaşdıranda, "Kong: Skull Island” bir çox xüsusiyyətlərə görə uduzur. Çünki Peter Jackson-un çəkdiyi filmdə dramatik olsa belə maraqlı süjet xətti var idi. Personajlar yadda qalan idilər. Kong isə müəyyən xarakterə sahib idi və onun insanlarla olan əlaqəsi, tədricən inkişaf edirdi. Həmin filmin sonunda izləyici, nəhəng canlının halına yanırdı. Lakin "Kong: Skull Island” filmində süjet çox banaldır. Yəni izləyici sonda nəyin baş verə biləcəyini öncədən anlaya bilər. Personajlar isə heç yadda qalmırlar. Kong isə ümumiyyətlə xaraktera sahib deyil. Ona görə narahatlıq keçirtmirsən və sonda onunla nə baş verəcəyi səni az maraqlandırır. Filmin əvvəlində vertolyotların saylarının səhvi kimi məntiqsizliklər filmdən tam olaraq zövq almağa imkan vermir. Bəlkə də filmin əsas problemi ondan ibarətdir ki, o özünü "Godzilla” filmi kimi ciddi təqdim etməyə çalışır. Lakin bu, onda alınmır. Şübhəsiz ki, "Kong: Skull Island” filmini izləməyə dəyər. Orada təqdim olunmuş yerli fauna və mənzərələr çox maraqlı alınıb. 2020-ci ildə olacaq əsas qarşıdurmaya izləyiciləri hazırlamaq üçün bu heçdə pis film deyil. Onu da qeyd etmək lazımdır ki, bu filmi mütləq IMAX formatında izləmək lazımdır. Çünki məhz bu formatda, filmin bütün müsbət xüsusiyyətləri özünü göstərir. Bunu isə siz, ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. "Kong: Skull Island" filminə biletləri, Parkcinema.az saytından əldə edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..


Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı (Video)

Türk dizayner olan Kamer Kaan Avdan hələ mövcud olmayan Windows 20 üçün möhtəşəm bir konsept dizayn ..

×