main-post-cover

    Kosmik fotolar necə hazırlanır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Kosmik teleskoplardan və planetlərarası stansiyalardan alınmış fotolar çox zaman redaktə olunmağa ehtiyyac duyurlar. Adobe şirkəti kosmik fotoların redaktə olunmasına aid bəzi sirləri bölüşüb. Bəzən ayrı-ayrı fotoları birləşdirmək kifayət edir ki, panoram fotolar alınsın. Mars planetindəki robotlar tərəfindən göndərilən fotolar bu cür görsənir. Lakin çox vaxt fotoları daha çox redakte etmək lazım olur. Kaliforniya texnoloji institutunun infraqırmızı fotoların analizi və işlənməsi şöbəsinin astronomu, eləcədə Photoshop proqramı üzrə ekspert olan Robert Hurt  bildirib ki, kosmik fotoların hazırlanmasında birinci mərhələ fotodakı artıq detalların aradan qaldırılmasından ibarətdir. Əsasən fototexnika həmin fotolarda real görünən kosmik obyektlər yarada bilər. Lakin əslində həmin obyektlər mövcud deyil. Bir çox hallarda infraqırmızı diapazonun müxtəlif ərazilərindən alınmış yarıtonlu fotolarda kontrastı gücləndirmək lazım gəlir. Bunun sayəsində əlavə obyektlər gözdən itir. Daha maraqlı obyektlərə isə çox diqqət yetirilir. Daha dəqiq fotoların alınması üçün isə tez-tez müxtəlif teleskoplardan alınmış məlumatlar birləşdirilir. Photoshop-un qırmızı, yaşıl və göy qatlarının köməyi ilə infraqırmızı şüalanmada çəkilmiş fotolara görünən rənglər əlavə etmək olur. Nəticə etibarı ilə onlarla giqabayt yer tutan və bir neçə teleskopun məlumatlarını özündə əks etdirən foto əldə olunur. NASA üçün bir çox foto hazırlamış Robert Hurt bildirib ki, onun işi geniş kütləyə kosmos sahəsində edilmiş yeniliklər ilə tanış olmaq ilə yanaşı həmdə həmin yeniliklər haqqında təsəvvür yaratmaqda kömək edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər