
Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb
07.05.2017
Farid Pardashunas
Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər.

Belə ki, kütləsi, bizim Günəşin kütləsindən milyon dəfə çox
olan sözügedən qara dəlik öz qalaktikasından uzaqlaşır. Bu hal, "qaçan” qara dəlik
fenomeninin ilk sübutudur. Qara dəliyin öz qalaktikasından çıxması üçün yüksək
dərəcədə enerji lazımdır. Tədqiqatçılardan ibarət komandanın hesablamalarına
görə, qara dəliyin öz qalaktikasından çıxması üçün, yüksək kütləli 100 milyon
ulduzun partlaması nəticəsində yaranan enerjiyə bərabər güc lazımdır. Alimlərin
fikrincə 1-2 milyard il bundan öncə birləşmiş iki qara dəlik nəticəsində
yaranmış qravitasiya dalğaları, sözügedən yüksək kütləli qara dəliyin öz
qalaktikasından uzaqlaşmasına səbəb olub. Bu qara dəlik artıq 35000 işıq ili məsafəsini
qət edib. Bu göstərici isə Günəş sistemindən Süd yolu qalaktikasının mərkəzinə
qədər olan məsafədən qat-qat çoxdur. Hal-hazırda yüksək kütləli qara dəlik,
saatda 7.5 milyon km sürətlə kosmosda hərəkət edir. Qeyd etmək lazımdır ki, bu
sürət, Yer kürəsindən, Aya, 3 dəqiqə ərzində çatmağa imkan verə bilər.
Linki kopyala
Həftənin xəbərləri

