Kosmosa uçmaq istəyənlərin sayı rekord həddə çatıb
Digər
07.05.2017
Farid Pardashunas
Bir neçə müddət bundan öncə NASA astronavt olmaq istəyən könüllülər axtarışında olduğunu bildirmişdi. Nəticədə müraciət edənlərin sayı əvvəllər müraciət edənlərin sayını keçib. Bundan öncə edilmiş müraciətlər üzrə rekord hələ 1978-ci ildə müşahidə olunmuşdu. Onda NASA-ya 8000 insan müraciət etmişdi. Bu dəfə kosmik proqramda iştirak etmək istəyənlərin sayı 18300-ə çatıb. 2012-ci ildəki göstərici ilə müqayisədə bu nəticə 3 dəfə böyükdür. Növbəti mərhələdə NASA mütəxəssisləri bu qədər adamın içində uyğun namizədləri seçməlidirlər. Həmin 18300 insandan yalnız 8-14-ü kosmosa yollanmaq üçün vacib xüsusiyyətlərə sahib olacaq. Seçiləcək astronomlar "Orion" kosmik gəmisinin köməyi ilə kosmosun dərinliklərini müşahidə etmək üçün yola düşəcəklər. Astronavtlardan ibarət olacaq tam siyahını NASA 2017-ci ilin yay fəslində təqdim edəcək. İndi isə NASA həmin siyahıdakı insanların sayını maksimal dərəcədə azaltmalıdır. Bəlkədə siyahıdakı insanlardan kimsə Mars-a ayaq basacaq ilk şəxs olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)