main-post-cover

    Kosmosda cinsi əlaqə mümkündürmü?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Məşhur amerikalı astrofizik Neil deGrasse Tyson kosmosda cinsi əlaqənin mümkünlüyü və cazibə qüvvəsi adlandırdığımız qanunun bu zaman necə mane olmayacağı haqqında sualları cavablandırıb. O bu suallara StarTalk verilişində cavab verib. Astrofizik bildirib ki, kosmosda cinsi əlaqəyə maneəçilik törədən yeganə problem Nyutonun ikinci qanunudur (ətalət hesablama sistemində maddi nöqtənin aldığı təcil əvəzləyici qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir). Yer kürəsində bu qanun heç bir problem yaratmır. Belə ki, Yer kürəsinin güclü cazibə qüvvəsi insan bədəninin harasa uçub getməsinə imkan vermir. Kosmosda isə cinsi əlaqə zamanı kontakt anında insan bədəni kosmik gəminin divarına dəyməyənə kimi sürətlənmiş şəkildə müəyyən istiqamətdə hərəkət edəcək. Tyson bu problemin həllini xüsusi kəmərlərdə görür. Bu kəmərlərin köməyi ilə hər iki cinsin nümayəndəsi kosmik gəminin divarlarına dəymədən cinsi əlaqədə ola bilərlər. Kosmosa evli cütlüklərin uçuşunun artıq reallaşmasına ("Endeavour" STS-47 1992-ci il) baxmayaraq NASA kosmosda cinsi əlaqənin mümkünlüyünü təkzib edir. Bu cür təcrübələr haqqında fransalı alim və yazıçı Pierre Kohler vaxtı ikən məlumat vermişdir. Onun sözlərinə görə 1996-cı ildə çəkisizlik zamanı cinsi əlaqənin necə reallaşması təcrübəsini keçirtmək üçün NASA kosmosa xüsusi ekspedisiya göndərmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər