Kosmosda itmiş 6 maraqlı əşya

Kosmosda itmiş 6 maraqlı əşya

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Əgər siz kosmosda hansısa əşyanı əlinizdən buraxsanız həmin əşya ilə vidalaşmalı olacaqsınız. Bəzən isə maraqlı əşyaları kosmosda qəsdən itirirlər.
1. Əlcəklər

1965-ci ildə ABŞ kosmonavtikasının tarixində ilk kosmik uçuşu həyata keçirmiş astronavt Ed White öz əlcəyini itirmişdir. Onun əlcəyi "Gemini-4” kosmik gəmisinin göyərtəsindən kosmosa uçmuşdur. Beləliklə həmin əlcək bir ay ərzində Yer kürəsinin süni peyki hesab edildi. Daha sonra isə əlcək stratosfer qatında yandı.

2. Alətlər çantası


Astronavtlar tərəfindən kosmosda itirilmiş ən böyük əşya alətlər ilə dolu çanta hesab edilir. Alətlər ilə dolu çanta qadın astronavt Heidemarie Stefanyshyn-Piper-in əlindən sözün əsl mənasında çıxıb kosmosda itmişdir. O çantanı 2008-ci ildə BKS-in (Beynəlxalq Kosmik Stansiya) günəş batareyasını təmir edən zaman itirmişdir. Alətlər ilə birlikdə çantanın çəkisi 13 kq idi. Çantanın içindəki alətlərin ümumi dəyəri isə 100.000 dollar təşkil edirdi. Bir neçə müddətdən sonra isə həvəskar astronomlar həmin çantanı Yer kürəsinin orbitində görürdülər.

3. Ammonyak sisterni

Kosmik zibilin bu fraqmenti planetin orbitinə təsadüfi şəkildə düşməyib. 2007-ci ildə NASA sisternin kosmosa atılması barəsində əmr verdi. Belə ki, BKS-in soyutma sisteminin yenilənməsindən sonra ammonyak sisterni lazım deyil idi. Onu yenidən Yer kürəsinə qaytarmaq isə çətinlik yaradacaqdı. Nəticədə 600 kq ağırlıqlı ammonyak çəlləyi il boyunca kosmosda uçdu. Daha sonra o Sakit okeanın cənub hissəsi tərəfdə atmosferdə yandı.

4. Eugene Roddenberry-nin cənazə tozu

1992-ci ildə "Star Trek” teleserialının yaradıcısı Eugene Roddenberry-nin cənazə tozu "Columbia” adlı kosmik aparat vasitəsilə BKS-ə çatdırılmışdır. Tozun olduğu flomaster ölçülü kapsula açıq kosmosa buraxılmış və o atmosferdə yanmışdır. Roddenberry-in qalan cənazə tozu həyat yoldaşının cənazə tozu və pərəstişkarların məktubları ilə birlikdə 2010-cu ildə kosmosa göndərilmişdir.

5. Kəlbətinlər

2007-ci ildə amerikalı astronavt Scott Parazynski kosmosa çıxan zaman əlindəki kəlbətinləri itirmişdir. Daha sonra həmin kəlbətinlər BKS-in yaxınlığından uçan zaman görülmüşdür.

6. Fotoaparat

2007-ci ildə qadın astronavt Suni Williams kosmosda çalışan zaman əlindəki fotoaparatı itirmişdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×