Kriptovalyutanı haradan almaq olar?

08.05.2017 0 PAYLAŞIM 6185 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Sosial şəbəkələrdə son zamanlar kriptovalyutalara marağın artdığının şahidi oluram. Bir çox hallarda insanlar bitcoin və ya ethereum-un nə olduğunu bilməsələr də, onları almaq istəyirlər. Lakin, bunu necə edə biləcəkləri haqqında məlumatları olmadığından, heç nə edə bilmirlər. Sözsüz internetdə bu barədə sonsuz məqalələr olsa da, bizim vətəndaşın başa düşəcəyi dildən uzaq olduğuna görə problemlər var. Çox uzatmayaraq, sizə haradan kriptovalyuta ala biləcəyiniz barədə məlumat verim.  Əvvəldən onu qeyd edim ki, internetdə çox saylı cüzdan və birja mövcud olduğundan, hal-hazırda yalnız özümün istifadə edib, yoxladığım platformalar haqqında məlumat verəcəyəm. Eyni zamanda yeni araşdırıb, yoxladığım platformalar haqqında da, mütəmadi olaraq məlumat paylaşacağam.

Portmanat.az – Akhundoff Network şirkətinə aid onlayn cüzdan vasitəsilə yerli bazarda bir çox əməliyyatlar edə bildiyiniz kimi, Bitcoin və Ethereum kriptovalyutalarını da əldə edə bilərsiniz. Bunun üçün Portmanat.az saytında qeydiyyatdan keçərək, balansınıza pul vəsaiti yatırmalısınız. Kriptovalyuta almamışdan öncə, almaq istədiyiniz valyutanın bazar dəyərini araşdırmanız məsləhətdir.
İlk olaraq Elektron pul qabılar bölməsinə daxil olmanız lazımdır:
 

Daha sonra siyahıdan almaq istədiyiniz kriptovalyutanın növünü – Bitcoin və ya Ethereum seçmək lazımdır. Yeni açılmış səhifədə "Login” xanasına sizin Kriptovalyuta cüzdanınızın ünvanını (Məqalə hazırlanır.), "Məbləğ” xanasında isə kriptovalyutanı almaq üçün ödəmək istədiyiniz məbləği yazın.
 

Qeyd: Minimum məbləğ 10 AZN, maksimum 800 AZN olmalıdır. Hər tranzaksiyaya görə 10% xidmət haqqı tutulur. Yəni 100 AZN ödəyərək Bitcoin almaq istəsəniz, 10 AZN -də əlavə xidmət haqqı ödəməli olacaqsınız. Növbəti addımlarda tranzaksiya yoxlanılır və bir neçə dəqiqə ərzində alınmış kriptovalyuta qeyd etdiyiniz cüzdanınıza yatırılır.

Portmanat.az-dan almanın müsbət cəhəti ondan ibarətdir ki, burada siz AZN ilə ödəniş etməklə Bitcoin və Ethereum ala bilərsiniz. Çatışmayan cəhəti isə yalnız 2 növ kritovalyutanın olması və xarici birjalar ilə müqayisədə yüksək komisyon faizinin olmasıdır. Ancaq, komissiya mövzusunda onu demək olar ki, manat ilə ödəmənin mümkünlüyü və əlavə 10-18% komissiyanın olmaması, üstəlik portmanat-ın kriptovalyuta birjası deyil, onlayn cüzdan olaraq vasitəçi rolunda çıxış etməsi, məsələni izah etmiş olur.

CEX.io – Bitcoin və Ethereum ala biləcəyiniz onlayn cüzdan və birjadır. Platformada qeydiyyatdan keçdikdən sonra, siz təklif olunan Paketlərdən uyğun birini seçərək, istədiyiniz kriptovalyutadan ala bilərsiniz. Ancaq, bir məqam var…əməliyyat etməmişdən öncə siz "YOXLAMA”dan keçməlisiniz.
Saytda iki növ yoxlama var; Şəxsin və Bank kartının yoxlaması.
 

– Şəxsin yoxlanması zamanı sizdən Passport şəkli, sizin Passportunuz ilə selfi şəkliniz və Şəxsiyyət vəsiqənizin şəkillərini yükləyərək, təsdiq gözləməyiniz lazımdır.

– Bank kartının yoxlanması zamanı da, hesabınızdan müəyyən məbləğ tutulur və həmin məbləğin təsdiq edilməsi tələb olunur.

Yoxlamadan keçdikdən sonra, siz təklid olunan paketlər arasından istədiyiniz qədər BTC və ya ETH ala bilərsiniz. BTC almaq üçün USD, EUR, RUB, GBP ilə ödəniş mümkündür. ETH almaq üçün isə USD, EUR, BTC ilə ödəniş mümkündür.

İlk növbədə, CEX.io hesabınıza bağladığınız kartdan Depozit pul yatırmalısınız. Bu zaman 3.5%+0.25$  komissiya haqqı tutulacaq. Məbləğ hesabınıza yatırıldıqdan sonra, kriptovalyuta alışına keçə bilərsiniz. Şəkildən də gördüyünü kimi, siz həm hazır paketdən sifariş edə, həm də aşağıda sizə uyğun məbləği daxil edərək, kriptovalyutanı əldə edə bilərsiniz. CEX.io eyni anda cüzdan olduğundan, aldığınız kriptovalyutalar elə buradaca saxlanıla bilinər.


Coinbase.com – bu platformadan həm cüzdan, həm də kriptovalyutaların alqı-satqısı kimi istifadə edə bilərsiniz. Təəssüflər olsun ki, Azərbaycan vətəndaşları üçün kriptovalyuta alqı-satqısı mümkün deyil və xidmətdən yalnız cüzdan kimi istifadə edə bilərsiniz. Ancaq, təhlükəsizlik baxımından coinbase wallet istifadəsi məsləhətlidir. Burada siz Bitcoin və Ethereum üçün wallet aça bilərsiniz. Eyni zamanda hər iki kriptonun bazar qiymətlərini izləyə bilərsiniz. Platformanın Android və iOS mobil tətbiqləri isə işinizi qat-qat rahatlaşdıracaq.
 


Changelly.com – Daha çox Exchange tipli platformadır. Burada siz istədiyiniz kriptovalyutanı digər kriptovalyutaya dəyişə bilərsiniz. Eyni zamanda ödəmə vasitəsi kimi USD-də istifadə olunur. Changelly özü cüzdan olmadığından, siz sadəcə kriptovalyutanı seçib dəyişdikdən sonra, cüzdan ünvanını verib, pul göndərə bilərsiniz. Ancaq, bəri başdan deyim ki, qiymətləri elə də ürəkaçan deyil. Normalda 1ETH=50 USD olduğu halda, burada 100 USD-yə sizə 2 ETH deyil, 1.5 ETH təklif olunur ki, bu da çox bahadır. Lakin, digər kriptovalyutaların dəyişdirilməsi üçün çox rahat vasitədir.
 

Əlavədə isə yenilikcə Webmoney ilə Bitcoin alına bilməsi ilə tanış olmuşam. Sistem daxilində yeni elektron pul vahidi olan WMX yaradılıb. 1BTC=1000WMX=1254WMZ (kurs bitcoin dəyərinə əsasən dəyişə bilər) kursu ilə hesablanır. Xüsusi birjada siz istənilən növ webmoney valyutasını WMX-ə dəyişə bilərsiniz. Qiymətlər birja üzərindən formalaşdığından bir çox halda çox verib, az ala bilərsiniz.
 

Hələlik bu qədər. Ümid edirəm ki, bloq yazım sizin ilk bitcoin və ya ethereum alma təcrübəniz üçün yardımçı ola biləcək. Burada həm birjalar, həm cüzdanlar, həm də exchage-lər haqqında qısa məlumat paylaşdım. Növbəti postlarda blockchain və platformalar haqqında daha ətraflı məluamtlar paylaşacağam.

Diqqət! Məqalə yalnız məlumat xarakterlidir və buna görə də hər kəs öz əməliyyatlarına görə şəxsən məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən platformaların hər hansı birində haqq-hesab zamanı və yaxud əldə etdiyiniz kriptovalyutalar üzrə əməliyyatlara görə müəllif heç bir məsuliyyət daşımır. Bütün hallarda istifadə etməyi planladığınız onlayn xidmətlərin qaydaları və digər resurslardan daha ətraflı məlumat almağınız məsləhətdir.