main-post-cover

    Kurtlar Vadisi: Darbe rəsmən elan olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Artıq 15 ildir ki, ekranlardakı liderliyini qoruyan "Kurtlar Vadisi" serialı 2007-ci ildə "Kurtlar Vadisi Pusu" adlı yeni seriya ilə dönmüş və o gündən ən çox izlənən serial olmağı bacarmışdır.

    Kurtlar Vadisi seriyasına təkcə seriallar yox, filmlər də daxildir. Amerika və Iraq arasında yaşanan savaşı ekranlara gətirən Kurtlar Vadisi Irak, "Soyuq müharibə" məsələsini izləyicilərə çatdırmaq üçün "Kurtlar Vadisi Gladio" və "Mavi Marmara" hadisəsinin ardından "Kurtlar Vadisi Filistin" ilə izləyiciləri ekranlara bağlamışdı. Filmlərin izlənmə sayı ölkədə rekord qırırdı.
    Təxminən 5 ildir ki, "Kurtlar Vadisi" adı ilə film sektorunda olmayan Pana Film, bir neçə saat əvvəl, açıqlamasında 15 İyul 2016 tarixində FETÖ'cü terror qruplaşmasının Türkiyədə reallaşdırdığı çevriliş cəhdinin mövzu olacağı "Kurtlar Vadisi: Darbe" filminin hazırlıqlarına başladıqlarını rəsmi olaraq elan etdi.
     
    Filmin nə zaman ekranlara veriləcəyi və kimlərin rol alacağı isə hələlik məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər