main-post-cover

    "Kyocera" şirkəti dünyada bir ilk özəllikli yeni smartfonunu təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Kyocera” şirkəti dünyada bir ilk olan geniş bucaqlı iki action kameraya sahib smartfonu təqdim edib. Kyocera Duraforce Pro adlanan yeni smartfonun korpusu toz, palçıq, su və mexaniki xəsarətlərə qarşı qorunma xüsusiyyətinə sahibdir.

    Smartfonun korpusu təkcə IP68 deyil, həmçinin 810G hərbi standartı üzrə də qorunma özəlliyinə sahibdir. O vibrasiya, mexaniki xəsarət, temperatur və təzyiq enmələrinə qarşı dözümlüdür. Technote.az-ın "Hi-tec.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən smartfonun action kamerası hal-hazırda bazarda olan digər action kameralar ilə rəqabət apara bilər. Slo-mo və su altında çəkiliş etmə mümkündür. Smartfonun texniki göstəriciləri ilə sizləri tanış edirik.
    1920x1080 piksel keyfiyyətli 5 inç Full HD ekran
    8 nüvəli Qualcomm Snapdragon 617 prosessoru
    2 GB-lıq RAM və 32 GB-lıq daxili yaddaş
    135 dərəcə görünüş bucaqlı ikili 13 MP-li action kamera (1080p keyfiyyətli çəkiliş dəstəklənir) və 5 MP-li ön kamera
    3240 mAh enerji tutumlu batareya (sürətli enerji yığma funksiyası mövcuddur)
    Cihaz bu ilin payız fəslində satışa çıxacaq. Onun hansı qiymətə satılacağı isə hələki bilinmir.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər