main-post-cover

    Lada Vesta-nın mühərrik seçimləri dəqiqləşdi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir-neçə həftə ərzində Rusiyada istehsalına start verilməzdən əvvəl AvtoVAZ yeni C seqment kompakt sedanı "Vesta"-nın mühərrik seçimlərini də avtomobil dünyası ilə paylaşdı. Yeni Vesta böyük qardaşı Priora-da istifadə olunan 1.6 və 1.8 litr həcmli 4 silindirli mühərriklərin bir qədər gücləndirilmiş versiyalarından istifadə edir. Yeniləmə ilə birlikdə 1.6 litr mühərrik 106, 1.8 litr mühərrik isə artıq 122 at gücü hasil edə bilir. Fransanın məşhur avtomobil istehsalçısı "Renault"-la birlikdə hazırlanan avtomobildə bu şirkətin öz avtomobillərində istifadə etdiyi 1.5 litr dizel və 6 pilləli sürət qutusundan da istifadə olunacağı deyilir.
     
    AvtoVAZ-ın Avropa bazarına giriş bileti kimi gördüyü bu sedan da 4.3 inç böyüklüyündə monitor, kondisioner, hidravlik sükan və avtomatik şüşəqaldıran kimi əvvəlki Lada modellərində görmədiyimiz xüsusiyyətlər olacaq.
     
    Qeyd edək ki, Lada Vesta bir-neçə həftə ərzində Rusiyada satışa buraxılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər