Lalafo CEO-su Kostiantyn Miska:   Lalafo məmur biznesi deyil

Lalafo CEO-su Kostiantyn Miska: Lalafo məmur biznesi deyil

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Son zamanlar reklamları ilə demək olar ki, evimizə qədər gələn Lalafo, bazarda kifayət qədər söz-söhbətlərə səbəb olur. İstər reklam strategiyaları istərsə də reklam xərcləri hamı tərəfindən müzakirə olunur. Yadınızdadırsa bir müddət əvvəl Lalafo elan saytının daha doğru Lalafo startap-nın bazardakı payı və rəqibləri haqqında araşdırma etmişdik. Həmin araşdırmanı buradan oxuyub tanış ola bilərsiniz. Son günlər isə sosial şəbəkələrdə istifadəçilər, hətta mütəxəssislər tərəfindən Lalafo-nun biznesinin əsasında məmur biznesinin dayandığı iddia edilirdi.
 
 
Bütün bu söz söhbətlərə köklü şəkildə aydınlıq gətirmək üçün Lalafo-nun ortaq qurucusu və icraçı direktoru olan Kostiantyn Miska ilə əlaqəya keçib ondan suallarımıza cavab almağa çalışdıq. 

Kostiantyn Miska-nın Technote-a verdiyi yazılı müsahibəni sizlərə təqdim edirik.

- İlkin olaraq bu ideya üzərindən neçənci ildə fəaliyyətə başladınız və fəaliyyətə başlayanda planınızda Azərbaycan var idimi?
- Lalafo beynəlxalq brend kimi 2016-cı ilin yanvarından fəaliyyət göstərir. Bundan əvvəl biz Asiya regionunda müxtəlif brendlər adı altında bir neçə bazarda fəaliyyət göstərmişik. Bizim yanaşmamız ilk olaraq marketləri test etməkdir. Təbii ki, Azərbaycan böyük potensialı olan marketdir. Azərbaycan da daxil olmaqla digər bir çox ölkələrdə proyektə başlayanda testlər edirdik.

- Biznesinizə ilkin yatırımı nə zaman aldınız? Əgər sirr deyilsə bu neçənci ildə baş verdi?
- Təəssüf ki, bu barədə açıqlama verə bilmərik.

- Bəzi insanlar sizin şirkətin məmurlara - dövlət idarəçilərinə sahib olduğunu yaxud həmin mənbələrdən maliyyələşdiyinizi deyirlər. Bu nə dərəcədə doğrudur? Lalafo əslində kimə məxsusdur?
- Bu doğru deyil. Bizim şirkətimiz mərkəzi Kiyev-də olan beynəlxalq şirkətdir. Biz dünyanın müxtəlif sahələrində online klassifikasiya xidməti göstəririk. Lalafo brendi isə Yalla Classifieds-a məxsusdur.

- Reklam strategiyanız və reklamlarınız çox söz-söhbətə səbəb olur. Bunu bilərəkdən edirsiniz? Bu haqda nəsə demək istərdinizmi?

- Biz müxtəlif ölkələrdə online elan təcrübəsinə malik olduğumuz üçün bu bizim üçün yeni deyil, ona görə də bizim strategiyamız söz-söhbətlərə səbəb olur. Məsələn, yeni bir brend üzə çıxır və bir bazar kompaniyası başladır. İnsanlar bundan sonra onun haqqında danışmağa başlayır. Bu yeni bir şey deyil. Bizim fikrimizcə isə biz burada yeni brend deyilik. Biz öz kateqoriyamızda ilk brendik. Bizim məqsədimiz bu kateqoriyanı Azərbaycanda yaratmaqdır. Biz görürük ki, insanların bizim təqdim etdiyimiz kimi bir servisə ehtiyacı var. İnkişaf etməkdə olan bazarlarda sistemli şəkildə fəaliyyət üçün şərait olmur. Kimsə bu bazarı yaradıb birinci olmaq istəyir. Təbii ki, biz hal-hazırda bir çox yeni rəqiblər görürük. Biz artıq təkcə məlumatsızlarla üzləşmirik, bazardan anlayanların sayı artıb. Buna görə də bizim reklam strategiyamız bu qədər sərt görünür.

- Bazarda kifayət qədər rəqibiniz var. Rəqiblər haqqında nə deyə bilərsiniz? Lalafo digər rəqiblərindən əsasən nəyi ilə fərqlənir?
- Bizim məqsədimiz satıcı ilə alıcı arasındakı münasibətləri ən qısa zamanda həll etməkdir. Biz uzun zamandır görürük ki, bunu bacara bilmək üçün fərqli şəkildə rəqabətə ehtiyac yoxdur.
 
- Görüşlərin birində açıqladığınız statistikalar və saytınızdan olan alış-verişlər çox müzakirələrə səbəb olmuşdu. Siz bitmiş əməliyyatları nəyə əsasən hesablayırsınız?
- Biz alış-veriş mərkəzi deyilik və bizim tranzaksiyalı biznes modelimiz yoxdur. Bizim vəzifəmiz satıcının məlumatlarını alıcıya ötürməklə onların görüşməsinə şərait yaratmaqdır. Təbii ki, bizim effektivliyimizi ölçmək üçün metodlarımız var. Onlardan biri "satıcı ilə əlaqə saxlamaq”dır. Bununla onların servisimiz haqqında rəylərini və məmnunluq dərəcələrini öyrənirik.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Netflix-in 2020 planları: 17.3 Milyard dollar vəsait film və seriallar üçün ayrı..

Nəhəng platforma olan Netflix 2020-də kontentlərin hazırlanmasına 17.3 Milyard dollar vəsait ayıraca..


Hava Limanında sıxılan sərnişin monitorlara PlayStation 4 qoşub oyun oynadı..

ABŞ-da Portland hava limanında təyyarəni gözləməkdən sıxılan sərnişin hava limanındakı monitorlara P..


Son Dəqiqə: Alimlər dünya tarixində ilk dəfə qara dəliyin fotosunu təqdim etdilə..

Uzun illər ərzində Event Horizon Telescope layihəsi Oxatan A* adlı qara dəliyin kompakt radiomənbəsi..


Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. ..


Blogstar 2 yaşını qeyd edir

Məlumdur ki, son illərdə influencer materketinq bazarı sürətlə populyarlaşır, inkişaf edir. Azərbayc..


Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə on..