main-post-cover

    "Lalafo.az" Azərbaycan bazarında nəyə nail oldu? Statistikalar nəyi göstərir?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Metroda, küçədə, efirdə, tətbiqlərdə və sosial şəbəkələrdə reklamları ilə qarşılaşdığımız "lalafo.az" bütün bu xərclərin qarşılığında nə əldə edib?


    Bazarda kifayət qədər elan saytı olmasına baxmayaraq birbaşa rebrendinq etməklə bazara daxil olan "lalafo.az" saytının arxasında kim dayanır? Lalafo'nun bazar payı nə qədərdir?
     
    Bildiyimiz kimi, elan saytları günü gündən Azərbaycan bazarında artmaqda davam edir və bazarda bu sahədə fəaliyyət göstərən və artıq biznes və gəlir modeli formalaşmış saytlar var. Belə bir saytlardan biri də vaxtilə tanıdığımız "sövdə.az"idi. Reklamlarını daha az gördüyümüz bu sayt rebrendinq'dən sonra belə dəsək canavara döndü. "lalafo.az" adı ilə Azərbaycan bazarına daxil olan bu şirkətin tək fəaliyyət bazarı Azərbaycan deyil. Çoxları düşünür ki, bu saytın qurucusu hansısa məmur yaxud dövlət adamıdır. Əslində televiziyada, seriallarda və başqa daşıyıcılarda qarşımıza çıxan reklamlar bizdə bu təəssüratı yaradır. Azərbaycanla yanaşı, Tacikistan, Qırğızıstan, Nepal, Əfqanıstan və Yunanıstan'da fəaliyyət göstərən bu şirkətin qurucuları ukraynalı biznesmenlərdir. "Yalla Classifieds" ukrayna mərkəzli şirkətin əsas hədəfi afrika və asiya kimi inkişaf etməkdə olan bazarlara daxil olmaqdır. 

    Şirkətin qurucuları:

    ANNA POLISCHUK - ortaq qurucu, YURIY MUKHIN - ortaq qurucu, KONSTANTIN MISKA - Regional direktor.
    Əvvəllər müxtəlif ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərən saytlar, artıq domen dəyişməklə standart lalafo adından istifadə edir. Saytın əsas məqsədi elan verənlər, məhsul və ya xidmətini satmaq istəyənlərlə, bütün bunlara müştəri ola biləcək şəxslər arasında vasitəçilik etməkdir. Hələ ki, heç bir reklam qəbul etməyən şirkətin biznes modeli görünür ki, digər saytlardan fərqlidir. Belə bir vəziyyətdə lalafonun bu qədər xərc qaşılığında Azərbaycan bazarında nələr əldə etdiyinə nəzər salmaq yaxşı olardı. Ən azından bu bizim startuplar üçün də maraqlı olardı. Doğrudur, başlayanda çoxları lalafo çox uğursuz addır deyə tənqid etdiyi halda görünən odur ki, bu 3 hecalı söz artıq insanların dilindən düşmür. Başlayaq Azərbaycan bazarında lalafo'nun rəqibləri və reytinqindən.  "tap.az" və "unvan.az"  müqaisə üçün seçdiyimiz saytlardır.
    Lalafo.az
    "Alexa" göstəricilərinə görə Azərbaycanda reytinqinə görə 91-ci yerdədir.
    Uyğun olaraq: tap.az - 36, unvan.az - 185
    Belə nəticəyə gəlmək olar ki, alexa'nın təyin etdiyi reytinqə əsasən lalafo'nun əsas rəqibi "tap.az", onu qabaqlayır. Lakin bir məsələ də var ki, Alexa göstəricilərində saytın yaşı diqqət edilən nüanslardandır.

    "Smiliarweb" - ay ərzində təxmini istifadəçi daxil olmalarının və mənbələrinin statistikasını aparan bu sayt dünyada Google Analytics nəticələrinə ən yaxın nəticə verən saytlardan biri hesab olunur.
    Similarweb statistikaları sözü gedən saytlarda göstəricilər uyğun olaraq aşağıdakı kimidir:
    "lalafo.az" - ölkə reytinqi - 46, aylıq istifadəçi sayı - 630 min
    "tap.az" - ölkə reytinqi - 18, aylıq istifadəçi sayı - 1 milyon 200 min
    "unvan.az" -ölkə reytinqi - 60, aylıq istifadəçi sayı - 454 min

    Sözügedən saytın statistikalarına əsasən yenə "tap.az", lalafo'nu qabaqlamağı bacarır. Əlavə olaraq isə lalafo digər rəqiblərindən üstün olaraq smartfonlar üçün tətbiqi mövcuddur.
    Statsitikalardan belə aydın olur ki, lalafo bazardakı əsas rəqibinə hələ ki, uduzur.
    6 ölkədə fəaliyyət göstərən lalafo bizim bazarda mövcud olduğu vaxt ərzində nə qədər uğura nail olub? Azərbaycanda yoxsa digər ölkələrdə daha çox istifadəçisi var?

    Maraqlı sualdır, elə isə bizim bazarın potensialının təhlili üçün bu məsələni də araşdıraq.
    1. Azərbaycanda statistikalara görə lalafo istifadəçiləri 600-900 min nəfər arasıdır və bütün saytlar arasında reytinqdə ilk 100-lükdədir.
    2. Tacikistandan statistikalara görə lalafo istifadəçiləri sayı 120 min nəfərdir və saytlar arasında reytinqdə ilk 50 pillədə qərarlaşıb.
    3. Qırğızıstan bazarında statistikalara görə lalafo istifadəçilərinin sayı 350-400 min nəfər və saytlar arasında reytinqi ilk 20-lik.
    4. Nepal bazarında 5000-10000 istifadəçiyə çatan lalafo həmin bazarda reytinqi saytlar arasında 1200-2000 arası dəyişir.
    5. Əfqanıstan bazarında 25 min istifadəçiyə çatan lalafo'nun sayt olaraq həmin ölkədə reytinqi Nepala bənzərdir. 1500-2000
    6. Yunanıstan bazarında da Nepal və Əfqanıstan kimi aşağı nəticələrdir.

    Son 3 ölkəni çıxdıqda Azərbaycan, Tacikistan, Qırğızıstan Lalafo üçün yaxşı seçim olmuş kimi görünür. Burada ölkələrin iqtisadi inkişaf səviyyələri və internetə çıxışları da nəzərə alınmaldır. Əhali sayına nəzər salsaq təxminən bərabər rəqəmlərə malik olan bu ölkələrdən (Tacikistan - 9 mln, Azərbaycan - 9 mln, Qırğızıstan 6 mln) lalafo'nun ən uğurlu olanı Azərbaycandır. Əslində tam olaraq bunu bazarın boşluğu ilə əlaqələndirmək düzgün olmazdı. Çünki, bazarda kifayət qədər bu xidməti verən saytlar mövcuddur və yuxarıda bunlar haqqında danışdıq.
    Nəticə olaraq Azərbaycanda reklam sayəsində uğur əldə etməyi bacaran bu şirkətin biznes effektivliyini müsbət dəyərləndirmək olmaz. Çünki, xərclənən pullar qarşılığında hələ də əsas rəqibinə uduzması ürəkaçan deyil, yaxud Röyanın köhnə paltarlarını lalafo'da satması kimi mənasız reklamının yalnız Röya'nın həqiqətən də köhnə paltarlarını satdığını düşünən insanlar üçün olduğunu hədəfləmək olar. Ümid edək ki, sözügedən şirkət Kaymu kimi uğursuzluqla qarşılaşmaz. Doğrudur, Kaymu batan zaman Azərbaycan bazarı günahlandırıldı. Lakin bu şirkətlərin uğursuz siyasəti və marketinqindən bir başa asılı idi. Sədərək malları satmaqla, qapıda pul ödəməklə elektron ticarət qurmaq mümkün olmur.

     
    Linki kopyala