Verilən məlumata görə fransalı aktrisa Lea Seydoux X-Men komikslərindən yaxşı tanınan Gambit personajına həsr olunacaq filmdə rol alacaq. Məlumatda bildirilir ki, aktrisa filmdə Belladonna personajını canlandıracaq. Bu personaj ilk dəfə olaraq 1992-ci ildə "X-Men" Vol2 #8 komiksində peyda olmuşdur. Komiksə əsasən böyük mafia qruplaşmasının başçısının qızı olan Belladonna Gambitin sahib olduğu qeyri-adi güclərə bənzəyən gücə malikdir. "Rise of the Planet of the Apes" filminin yaradıcısı Rupert Wyatt "Gambit" filminin rejissoru rolunda çıxış edəcək. Gambit rolunu isə Channing Tatum canlandıracaq. Güman olunur ki, filmin çəkilişləri bu ilin oktyabr ayında start götürəcək. Premyera isə 7 Oktyabr 2016-cı ilə planlaşdırılır. Lea Seydoux-a gəldikdə isə sizlər onu bu ilin payız fəslində böyük ekranlara çıxacaq "007: Spectre" filmində görə biləcəksiniz.
Şərh yoxdur