Lego-dan uşaqlara özəl sosial şəbəkə: Lego Life

08.05.2017 0 PAYLAŞIM 5552 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Xəyal gücünün inkişafı baxımından bəlkə də uşaqlar üçün ən yararlı oyuncaqlardan olan Lego, sadəcə uşaqların istifadə edə biləcəyi yeni sosial şəbəkəsi Lego Life-ı elan etdi. 13 yaş altındakılar üçün hazırlanan Lego Life, əsasən Instagram bənzəri bir işləmə metoduna sahibdir. Dünya üzərində 7-dən 70-ə bir çox pərəstişkarı olan Lego, uşaqların Legolarla hazırladıqları əsərlərin şəkillərini Lego Life tətbiqiylə paylaşmasını təmin edəcək.


Təbiiki tətbiq içərisində sadəcə Lego məhsullarının paylaşıla biləcəyini bildirmək lazımdır. Qeyd edək ki, Reddit Flicker kimi mühitlərdə Lego paylaşımları edilir amma bu mühitlər uşaqlar üçün hər zaman uyğun mühitlər deyil. Bunu görən Lego, Lego Life tətbiqiylə bu vəziyyətə bir çarə gətirir.

Digər sosial şəbəkələr kimi başqa hesabları izləyə bilməyinizə şərait yaradan Lego Life, Lego emosiyalar ilə şərh yazma imkanını təmin edir. Uşaqların təhlükəsizliyinə olduqca əhəmiyyət verən Lego, tətbiqinin hazırlanma mərhələsində UNICEF-lə birlikdə işləyib.


Təhlükəsizlik baxımından öz adlarını istifadə etməyəcək olan Lego Life istifadəçləri tətbiq tərəfindən hazırlanan təsadüfi adlara sahib olacaqlar. Son olaraq tətbiqi istifadə etmək istəyən uşaqların valideyinlərinin, e-poçt adresləri ilə Lego vəsiqələri hazırlamalı olduğunu bildirək.

Həm Android həm də iOS üçün ödənişsiz olaraq istifadəyə verilən Lego Life, hələlik İngiltərə, Amerika, Kanada, Almaniya, Fransa, Danimarka, Avstriya və İsveçrə üçün istifadəyə verilib.