Lənkəran və Xaçmaz regionunun gənc sahibkarları üçün biznes forum təşkil olunub.

Lənkəran və Xaçmaz regionunun gənc sahibkarları üçün biznes forum təşkil olunub.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Paşa Bankın dəstəyi ilə həyata keçirilən "Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı” çərçivəsində Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Lənkəran və Xaçmaz regionunun iştirakçıları üçün biznes forum təşkil edib. Görüşün əsas məqsədi layihə iştirakçıları ilə bank nümayəndələrini və sahibkarlarını bir araya gətirərək onları sahibkarlıq fəaliyyəti və bu sahədə maliyyələşmə imkanları haqqında maarifləndirmək olub.




 

Sözü gedən biznes forumda Paşa Bankın Gənclik Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşı Fidan Tofidi və gənc sahibkarlar – Sumaks MMC-nin təsisçisi Cavid Məmmədov, Istech MMC-nin təsisçisi Zaur Rəhimov, Technote MMC-nin təsisçisi Fərid Pərdəşünas – ekspert kimi iştirak ediblər.


Tədbiri giriş sözü ilə AGN ictimai birliyinin əməkdaşı Aytən Paşayeva açıb. Ardından Gənclik Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev tədbir iştirakçılarını salamlayıb. Tədbirdə iştirakdan məmnunluğunu bildirən Vüqar Əliyev layihə iştirakçılarına mövcud və yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat verib. Bununla yanaşı o, gənclərə biznes layihələrinin yazılması, imkan və mövcud risklərin qiymətləndirilməsi, biznesin planlaşdırılması, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlərini bildirib.


Tədbirdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşı Fidan Tofidi çıxış edərək bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədi ilə Azercell şirkəti tərəfindən yaradılan Barama haqqında gənc iştirakçılara ətraflı məlumat verib. Mərkəzin əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətlənməsinə kömək etməsindən söz açıb.


Daha sonra Baramanın İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə öz şirkətlərini təsis etmiş gənc sahibkarlar uğur hekayələrini layihə iştirakçıları ilə bölüşüblər. İlk öncə Azərbaycanda "Ağıllı Ev xidmətləri” göstərən ilk yerli layihə olan "Sumaks” layihəsi haqqında qısa məlumat verən Cavid Məmmədov biznes planın yazılması, layihənin icrası, layihədə maliyyə dəstəyi, komanda işi, marketinq strategiyası üzrə əsas nüansları iştirakçıların diqqətinə çatdırıb. Onun ardınca çıxış edən gənc sahibkar Zaur Rəhimov sahibkarlıq mühitinin əsas dəyərləri olan məsuliyyət, öhdəlik, özünə inam, özünə hörmət, zəhmətkeşlik kimi məqamları vurğulayıb.



 

Yekun olaraq,Technote MMC-nin təsisçisi Fərid Pərdəşünas öz motivəedici çıxışı ilə biznes forumu sonlandırıb.



 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×