

Smartfon bazarında daim etdiyi yeniliklərlə tanınan Lenovo-nun yeni telefonu Vibe P1 Turbo 5000 mAh həcmli batareya ilə satışa buraxılacaq. Snapdragoon 615 prosessoru ilə çalışan və 3GB rama sahib olan telefonun digər bir maraqlı xüsusiyyəti isə power bank kimi istifadə oluna bilməsidir. Yəni siz Vibe P1 Turbo ilə başqa smartfonların batareyalarını da doldura bilərsiniz.
13MP arxa və 5MP ön kamera ilə təchiz olunan smartfon Android 5.1 Lollipop əs ilə çalışır. Artıq bəzi Asiya ölkələrində önsifarişə verilən telefonda barmaq izi sensoru və iki simkart dəstəyi də var.
Şərh yoxdur