"Lenovo" fiziki klaviaturasız Yoga Book noutbukunu təqdim edib

"Lenovo" fiziki klaviaturasız Yoga Book noutbukunu təqdim edib

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

IFA 2016 sərgisində "Lenovo” şirkəti bir sıra noutbuk modelini təqdim edib. Lakin onlardan ən qeyri-adisi Yoga Book olub.

Yoga Book fiziki klaviaturaya sahib deyil. Onun yerinə cihaz sensor panel ilə təchiz olunub. Düymələr arasındakı sərhədlər işıqlandırma sistemi ilə ayrılıb. Lakin həmin işıqlandırma sistemini söndürməklə istənilən an sensor paneli rəsm çəkmək üçün istifadə etmək olar. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən veriyi xəbərə əsasən bunun üçün noutbuk, şarja ehtiyac duymayan Wacom adlı stilusa sahibdir. Yoga Book-da fiziki klaviaturadan imtina etmək qeyri-adi bir addım kimi görünsə də əslində müasirdir. Yeni formata öyrəşmək çox asandır. Sensorlu klaviatura, sensorlu yerlərə kliklədikdə cavab olaraq mikrovibrasiyalar şəklində geri bağlantıya sahibdir. Bundan əlavə olaraq həmin klaviatura iş zamanı öyrənmək xüsusiyyətinə malikdir. Yəni o mətndə lazımi sözləri qeyd edir və avtomatik olaraq səhvləri düzəldir.


Yoga Book-u adi noutbuk, planşet, prezentasiyalar üçün nəzərdə tutulmuş panel, rəsm çəkmək üçün cihaz kimi istifadə etmək olar. Noutbukun texniki göstəriciləri ilə sizləri tanış edirik.

10.1 inç Full HD ekran

2.4 GHz tezlikli Intel Atom x5 prosessoru

4 GB RAM və 64 GB daxili yaddaş

15 saata qədər işləmək bacarığı.

Yoga Book iki versiyada satılacaq. Onlardan biri Android 6.0 əməliyyat sisteminə sahib olacaq və 499$ qiymətinə satılacaq. Digəri isə Windows 10 əməliyyat sisteminə sahib olacaq və 549$ qiymətinə satılacaq. Yoga Book-un satışları bu ilin oktyabr ayı üçün nəzərdə tutulub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×