main-post-cover

    Lenovo markalı smartfonlar artıq istehsal olunmayacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çinin "Lenovo" şirkəti artıq bu brend altında smartfon istehsalını saxlamaq niyyətində olduğunu açıqlayıb. Bu haqda məlumatı Gizmochina portalı paylaşıb.

    Verilən məlumata görə çox qısa zamanda "Lenovo" üzərində dəyişiklik ediləcək. Bundan sonrakı modellər Moto brendi altında istehsal olunacaq. Lenovo brendinə aid sonuncu telefon 8 noyabrda P2 adı ilə təqdim olunacaq. Bununla bərabər yeni Moto M modelinin də təqdimatı olacaq. Təəssüf ki, şirkət rəhbərləri mövzu ilə əlaqədar heç bir açıqlama verməyib. Rəsmi açıqlamanın P2-nin prezentasiyasında verilməsi istisna olunmur.

    Xatırladaq ki, "Lenovan"ı Motorola Mobility 2014-cü ilin yanvar ayında "Google"dan 2.91 milyard dollara almışdı. Müqavilənin şərtlərinə görə Lenovo amerikalı internet-şirkəti özündə Motorola Mobility patentini saxlayırdı.
    Linki kopyala