main-post-cover

    Lenovo Moto M telefonunu rəsmi olaraq təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    "Lenovo" tərəfindən alınan "Motorola" yeni Moto M adlı ağıllı telefonu təqdim edib. Beləliklə, Moto M-in texniki xüsusiyyətləri və dizaynı haqda bu məlumatlar yer almaqdadır.

    Çinli texnologiya nəhəngi "Lenovo", bu gün Moto M modelini rəsmi olaraq təqdim edib. MediaTek tərəfindən inkişaf etdirilən və 2.2 GHz sürətində, 8 nüvəli Helio P15 prosessordan və Mali-T860 MP2 GPU-dan güc alan Moto M telefonu 4 GB RAM32 GB daxili yaddaşa malik olacaq.
    Bundan əlavə cihazın daxili yaddaşını 128 GB-a qədər artırmaq imkanı verilir. 5.5 inç böyüklükdə ekranın Full HD özəlliyə sahib olan telefon 8 MP ön kamera və 16 MP arxa kamera ilə təchiz olunub.
    Moto M suya qarşı cüt qatlı hidrofobik örtülü metalla mühafizə olunub.  Bundan əlavə cihaz barmaq sensoru və sürətli şarj etməsi üçün 3050 mAh batareya ilə təchiz olunub.
    Moto M Android 6.0.1 Marshmallow əməliyyat sisteminə malikdir. Cihaz 2 rəngdə, qızılı və gümüşü rənglərdə təqdim olunub. Moto M-in qiymətinin təqribən 294$ olması gözlənilir. Telefonun satışına 9 noyabrda onlayn olaraq, 11 noyabrda isə mağazalarda satışına start veriləcək.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər