main-post-cover

    Lenovo-nun yeni canavar smartfonu ən münasib qiymətə təqdim olundu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Çinin texnologiya nəhəngi Leneovo növbəti smartfonunu təqdim edib.

    Lenovo-nun alt şirkəti olan ZUK, adətən ağıllı telefon istehsalı ilə məşğul olan şirkətdir. Firma keçən ay Z2 Pro adlı yeni cihazını tanıtdı. Cihaz 6 GB RAM, Qualcomm Snapdragon 820 və bir sıra üstün xüsusiyyətlərə malik olmaqla ZUK-un flaqman modeli sayılırdı. Firma dünən Snapdragon 820 çipsetinə sahib, 4 GB RAM-lı yeni smartfonu ZUK Z2-ni təqdim edib. 400$ qiymətə sahib olan ZUK Z2 Pro digər Snapdragon 820 prosessoruna sahib telefonlarla müqaisədə daha ucuzdur. Yeni təqdim olunan Z2 modeli isə 300 dollardan da aşağı qiymətə sahibdir.
     


    Çipset və RAM-la yanaşı 1080x1920 piksel ölçülərinə sahib 5 düyümlük Full HD ekrana, 64 GB daxili yaddaşa və iki sim kart yuvasına sahibdir. Telefonun 13 meqapiksellik arxa kamerası iki modullu fokuslama texnologiyasına sahibdir. Ön kamera da geniş bucağa malik şəkillər çəkə bilir. Z2 pro kimi də Z2 modeli barmaq izi oxuyucu sensorla təchiz olunub. 3500 mAh batareya gücünə sahib olan telefon Quick Charge 3.0 sürətli enerji yığmaq texnologiyasına da sahibdir.

    Bundan əlavə Z2 USB Type-C portu ilə kabelsiz enerji dəstəyi ilə fərqlənir. 274 dollar hələ ki, bu model Çində satışa çıxır. Qiymət və parametrlərinə görə olduqca sərfəli bir telefon kimi görünür.


     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər