

Technote.az-ın "Gsmarena.com” saytına istinadən verdiyi xəbərə əsasən Lenovo şirkəti bizə tanış olan Vibe C2 smartfonunun yenilənmiş versiyası Vibe C2 Power-i təqdim edib.

Şirkət keçmiş smartfonun avtonom rejimdə çalışma probleminə diqqətini ayıraraq yeni smartfonu 3500 mAh enerji tutumlu batareya ilə təchiz edib. Bundan əlavə olaraq Lenovo yeni versiya smartfonun operativ yaddaşını iki dəfə böyüdərək cihaza 2 GB-lıq RAM yerləşdirib. Digər texniki göstəricilər isə bir ay bundan öncə təqdim olunmuş Lenovo Vibe C2 ilə oxşardır. Həmin texniki göstəricilər aşağıda təqdim olunmuşdur.
Qarşılayın: Lenovo ThinkPad X1
- 1280x720 piksel keyfiyyətli 5 inç S-IPS ekran
- 1 GHz tezlikli 4 nüvəli Mediatek MT6735P prosessoru
- 2 GB-lıq RAM
- 16 GB-lıq daxili yaddaş (32 GB-a qədər microSD dəstəklənməsi)
- 8 MP-li Sony 219 kamerası və MP-li ön kamera
- 4G LTE dəstəkli iki SIM-kart xüsusiyyəti
- 3500 mAh enerji tutumlu batareya
- Android 6.0 Marshmallow əməliyyat sistemi.
Şərh yoxdur