main-post-cover

    Lenovo öz yeni mükəmməl smartfonunu təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Lenovo Tech World tədbiri zamanı şirkət öz yeni smartfonu Lenovo Phab 2 Pro-nu təqdim edib. Sözügedən cihaz Google şirkətinin Project Tango texnologiyasını dəstəkləyən ilk smartfondur. Bundan əlavə olaraq o 4 kamera ilə təchiz olunub. Onun əsas özəlliklərindən biri də əlavə cihazsız virtual reallıq xüsusiyyətini dəstəkləməsidir. Smartfon mühitin 3D xəritəsini yaradaraq mühitdə baş verən hərəkətləri əks etdirə bilir. İstifadəçi smartfonun ekranında mühitdə olan hər hansı bir əşyanı işarələyir. Smartfon isə öz növbəsində avtomatik olaraq əşyaya qədər olan məsafəni hesablayır və onun ölçülərini təyin edir. Məsələn otaqda olan zaman istənilən virtual əşyanın görüntüsünü ekranda əks etdirərək onu ətraflı müşahidə etmək mümkündür. Digər böyük virtual reallıq cihazlarından fərqli olaraq bu smartfonu gündəlik həyatda istifadə etmək çox rahatdır. Lenovo Phab 2 Pro təkcə virtual reallıq üçün nəzərdə tutulmayıb. O adi smartfon qismindədə əla cihazdır. Texniki göstəricilər baxımından smartfon 2560x1440 piksel keyfiyyətli 6.4 inç  HD ekran, 8 nüvəli Snapdragon 652 prosessoru, 4 GB-lıq RAM, 32 GB-lıq daxili yaddaş (smartfon microSD özəlliyini dəstəkləyir) ilə təchiz olunub. Kameralara gəldikdə isə smartfonun sahib olduğu 4 kameradan 2-i virtual reallıq funksiyası üçün nəzərdə tutulub. Foto və video çəkmək üçün isə Lenovo Phab 2 Pro 16 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Arxa kamera vasitəsilə istifadəçilər 4K formatlı videolar çəkə bilərlər. Bütün bunlardan əlavə o 4050 mAh enerji tutumlu batareya və barmaq izi tanıma funksiyası ilə təchiz olunub. Qiymətə gəldikdə Lenovo Phab 2 Pro $500 qiymətinə satılacaq. Bu cür smartfon üçün çox əla qiymətdir. Smartfonun satışları bu ilin sentyabr ayında start götürəcək. Hal hazırda onun virtual reallıq funksiyası üçün nəzərdə tutulmuş 25.000 tətbiqetmə var. İlin sonuna kimi bu göstərici 100.000 olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər