main-post-cover

    Lethal Weapon filmi teleseriala çevriləcək

    Digər
    07.05.2017
    Farid Pardashunas
    80-90-cı illərdə məşhur olmuş "Lethal Weapon" film seriyası çəkiləcək teleseriallar sırasına qatılıb. Məlumata görə Fox kanalı öz rəqiblərindən daha tez davranaraq serialın ilk seriyasını çəkmək üçün müəllif hüquqlarını əldə edib. Serialın istehsalı ilə Warner Bros. Television studiyası məşqul olacaq. Filmdədə olduğu kimi serialın süjet xətdinin mərkəzində polislər Martin Riggs və Roger Murtaugh olacaqlar. Keçmiş hərbçi Martin Riggs ailəsinin vəfatından sonra Los-Angeles şəhərinə köçərək həyata yenidən başlayır. O detektiv Roger Murtaugh ilə bir yerdə işə başlayır. Roger isə öz növbəsində ciddi ürək tutması keçirtmiş və stresdən uzaq olmağa çalışan bir insandır. Qeyd edək ki, film seriyasının ilk hissəsi 1987-ci ildə böyük ekranlara çıxaraq 120 milyon dollar gətirmişdir. 1989, 1992 və 1998-ci illərdə isə filmin yeni hissələri çəkilmişdir. "Lethal Weapon" film seriyasının ümumi gəliri isə 835 milyon dollar təşkil edir. 
    Linki kopyala