
LG G4 haqqında hər şey!
Texnologiya
07.05.2017
Farid Pardashunas
Bu məqaləmizdə keçdiyimiz həftələrdə satışa buraxılan LG firmasının ən son flaqman modeli telefonu G4 haqqında danışacayıq. Bir çox sayt
və portal üçün 2015-ci ildə satışa buraxılan smartfonlar arasınada ən yaxşısı sayılan G4-ün ilk öncə dizaynı haqqında danışaq.
Dizayn
Dizayn cəhətdən G4 özündən əvvəlki model olan G3-ə çox
oxşardır. G3 modelində olan alt tərəfdəki gümüşü xətti saymasaq ön profildən
tamamiilə eyni dizayna malikdirlər. Əsl dəyişikliklər isə telefonun arxa tərəfində
baş verir. Əvvəlki modellərdə olduğu kimi LG yenə telefonun arxa tərəfində əlin işarət barmağının qoyulduğu yerdə səs və güc düymələrinin
yerləşdirilməsi burda da öz əksini tapıb. Ancaq bu dəfə güc düyməsi dairəvi
yox düzbucaqlı dizayna malikdir və fərqli teksturasının köməyi ilə çox asan fərqlənir.
Həmçinin G4 üçün dəri və plastik arxa qapaq seçimləri
mövcuddur. Plastik qapaqların özlərinə məxsus teksturası olsa da, dəri qapaqlar
telefona gözəl bir toxunuş hissi verir. Üstəlik dəri qapaqlar bir çox rəng seiminə malikdirlər.
Həmçinin G4-ə sağ profildən baxdıqda telefonun biraz əyriliyə
malik olduğunu görürük. Lg bunun əldə tutulmanı daha rahat etmək və yerə düşərkən
sınmağa qarşı dayanıqlığı artırmaq üçün olduğunu bildirir.
Fiziki detallarına gəldikdə isə, Lg G4 149.1x 75.3 x 8.9mm
ölçülərinə sahibdir. Bu telefon G3 ilə eyni qalınlığa sahib olsa da, en və
uzunluq ölçüsü azacıq daha çoxdur. Onu da qeyd etmək lazımdır ki, telefonun 157
qram ağırlığı var.

Güc
Lg G4-də Snapdragon 808 prosessoru istifadə olunub. Bu
prosessor şirkətin ən son prosessoru Snapdragon 810 modelindən kağız üzərində
daha zəif olsa da, gerçək həyatdakı istifadədə heç bir cəhətdən geri qalmır. 20
nanometr dizaynına sahib olan prosessorun 2 ədəd Cortex A-57 və 4 ədəd Cortex
A-53 nüvələri vər. Güc tələb edən tapşırıqlar zamanı Cortex A-57 nüvələrini
istifadə edən G4, aşağı səviyyəli tapşırıqlarda daha az güc tələb edən A-53 nüvələrindən
istifadə edir. Bu sayədə telefonun ümumi batareya ömrü gözəçarpar dərəcədə
artır.
Telefonun qrafik prsessoru üçün isə Adreno 418-dən
istifadə edilib. Nisbətdə bu qrafika prosessoru G3-də yer alan Adreno 330
prosessorundan 20% daha güclüdür.

Yaddaş
Lg G4-də 3GB LPDDR3 Ram var. 32GB daxili yaddaşa malik olan
telefon, 1TB-a qədər də Sd kart dəstəkləyir.
Kamera
G4-ün ön hissəsində Full HD və 30FPS video çəkə bilən 8MP kamera yerləşir. Arax tərəfdə isə 16MP ölüçlü laser fokus texnologiyalı, 0.2 saniyəyə fokuslama bacarığına sahib əsas kamera var.


Proqam təminatı
Lg G4-də
Androidin ən sonuncu versiyası Android 5.1 versiyası mövcuddur. Həmçinin Lg bu versiyaya Quick Memo kimi
bir çox lazımlı əlavələr edib.
Batareya
G4-də
eyni G3 kimi 3000 mph batareyaya sahibdir. Ancaq bu yenilənmiş batareyada sürətli dolma kimi yeni funksiyalar əlavə olunub. LG-nin dediyinə
görə bu batareya cəmi 30 dəqiqədə 60%-ə kimi dola bilir.
G4 Pro
Həmçinin
Lg 2 gün bundan əvvəl G4-ə böyük qardaş sayıla biləcək G4 Pro modelini təqdim
edib. Deyilənə görə G4 Pro Snapdragon 820 prosessoru, 4GB ram və 27
meqapiksellik kamera kimi canavar xüsusiyyətlərə malikdir.
Qiymət
G4-ün Azərbaycanda
təxminən 800-900 manat ətrafında satılacağı düşünülsə də, G4 Pro-nun qiyməti
haqqında heç bir məlumat yoxdur.
Bəs sizin fikrinizcə G4 uğurlu modeldirmi?
Linki kopyala
Həftənin xəbərləri

