LG\'nin MWC 2016\'da təqdim etdiyi yeni telefonu G5\'də, Apple\'ın iPhone modellərində olmayan 11 xüsusiyyət var.
1. LG G5, hər şeydən əvvəl, bir çox telefonda olmayan modulyar dizayna malikdir.
2. Əgər batareya qurtarsa yenisi ilə əvəz edə bilərsiniz.
3. Telefonun funksiyalarını artırmaq üçün həm alt çıxışına taxılan və gələcəkdə taxıla biləcək əlavələri mövcuddur. Məsələn şəkil çəkərkən yaxınlaşdırmaq, fokuslanma və.s funksiyalara malik olan kamera əlavəsi mövcuddur.
4. Musiqi dinləmək istəyəndə inanılmaz bir səs əldə etmək üçün B&O Play DAC modulunu əlavə edə bilərsiniz.
5. LG G5, iPhone\'un kamerasından çox daha funksional dual kameraya malikdir.
6. LG G5\'in kameralarından biri 135 dərəcəyə qədər şəkil və video çəkmək qabiliyyətinə malikdirlər. iPhone\'nun kamerası isə 73 dərəcəyə qədər şəkil və video çəkməyə imkan verir.
Ekranda geniş dərəcəli şəklin içində kiçik dərəcəli şəkli görə bilərsiniz.
7. G5\'in hər üç kamerasından eyni vaxtda istifadə edərək şəkil çəkə bilərsiniz.
8. Geniş dərəcəli kamera, dar dərəcəli kameraya problem yaratmadan yaxınlaşdıra bilir.
9. Həmişə açıq ekran funksiyası ilə ekranı açmadan bildirişlərə baxa bilərsiniz.
10. Batareyanı daha sürətli doldurmaq üçün USB-C standartından istifadə edən LG G5, HDMI vasitəsilə komputer, televizor, manitorlara daha sürətli və rahat qoşulur.
11. LG G5 200 GB\'a qədər artırıla bilən microSD yaddaş dəstəyinə malikdir. iPhone’larda isə artırıla bilən yaddaş funksiyası yoxdur.
Şərh yoxdur