main-post-cover

    LG G5\'in xüsusi versiyasının detalları üzə çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    LG G5 ilə bağlı iddialar deyəsən öz doğruluğunu tapmağa başlayıb. 

    Bildiyiniz kimi texnologiya nəhəngi LG yeni flaqmanını MWC 2016’da tanıtmışdı.
    LG G5’də bildiyiniz kimi Snapdragon 820 prosessor quraşdırılıb. Amma daha əvvəl ortaya çıxan bir iddiaya görə LG G5 Snapdragon 652 prosessoru quraşdırılmış digər versiyada da istehsal olunacaqdı.

    Bu iddianın doğruluğu LG rəsmiləri tərəfindən təsdiqləndikdən sonra Snapdragon 652’den güc alan modelin detalları istifadəçilərə çatdırıldı. Paylaşılan məlumatlarda Snapdragon 652’li LG G5 modeli, H850 adıyla qarşımıza çıxacaq. Daha öncə GFXBench’də ortaya çıxan bu modeldə, 3 və 4 GB RAM versiyalarının olduğu bəyan edilən LG G5 modelinin digər texniki xüsusiyyətləri isə 2.0 GHz sürətə sahib olması və Snapdragon 652’dən güc almasıdır. 32 GB yaddaşı olan LG G5 H850 5.3 düymlük QHD ekrana sahibdir. Android 6.0’ın bütün texniki xüsusiyyətlərinə də sahib olan telefon, sadəcə Latın Amerikasında satışa çıxacaq. LG G5 H850’nin qiyməti barədə isə hələlik dəqiq məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər