LG G6-nı 24 saat buzun içində saxlayaraq test etdilər (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Yeni LG G6-nı çox maraqlı testdə keçirtdilər.
Keçən ay MWC 2017-də təqdim olunmuş yeni LG G6, "LG” şirkətinin
ilk modulsuz və IP68 standartlı sudan qorunmaya sahib flaqman smartfonu
olmuşdu. Bu isə o deməkdir ki, sözügedən smartfon 1 metr dərinliyində suda uzun
müddət qalmaq özəlliyinə sahib olmaldır. Bundan əlavə olaraq yeni smartfon, MIL-STD-810 standartlı hərbi dözümlülüyə də sahibdir. Max Lee adlı
videoblogger, LG G6-nı sözün əsl mənasında ən sərt testdən keçirdib. Belə ki,
o, LG G6-nı 24 saat müddətinə suya salıb və üstəlik suyu dondurub. Qeyd etmək
lazımdır ki, IP68 standartlı istənilən smartfon bu cür testə dözmür. Sonda
videoblogger, LG G6-nın olduğu buz əridib onu yenidən yandırmağa cəhd göstərdi.
Böyük təəccübə səbəb olsa da smartfon tamamilə işlək vəziyyətdə idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək