LG G6-nın dizayn görüntüsü sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5511 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"LG” şirkəti, MWC 2017 sərgisi çərçivəsində LG G6 smartfonunu təqdim edəcək.

Bir sıra insayderlər isə smartfonun necə görünəcəyini göstərən fotonu təqdim ediblər. Əvvəlki məlumatlara əsasən yeni flaqman, 5.7 inç ekrana sahib olacaq. Korpusun çərçivələri çox nazik olacaq. Bunun hesabına ekran ön panelin 90% hissəsini əhatə edəcək. Smartfonun aşağı hissə çərçivəsinin qalınlığı yuxarıdakından bir qədər qalın olacaq. Qeyd etmək lazımdır ki, LG G6, modullu smartfon olmayacaq. Şirkət bu xüsusiyyətdən imtina etməyi qərara alıb. Korpus şüşə və metaldan hazırlanacaq Bununla yanaşı LG G6, 3.5 mm-lik standart audiogirişi özündə qoruyacaq və sudan, tozdan qorunma xüsusiyyətinə sahib olacaq. Smartfon yeni Qualcoom Snapdragon 835 prosessoru üzərində çalışacaq. Həmçinin məlumdur ki, o, ikili arxa kamera və barmaq izi skanı ilə təchiz olunacaq.