main-post-cover

    LG G6-nın render fotosu və satış tarixi sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung Galaxy S8-in gecikəcəyi barədə şaiyələrin fonunda daha bir smartfonun tez zamanda satışa çıxacağı məlum oldu.

    Sözügedən smartfon LG G6-dır. Cihazın gələn il MWC 207 sərgisindən sonra Mart ayında satışa çıxması gözlənilir. Bir sıra mənbələr isə smartfonun arxa panelinin render fotolarını təqdim ediblər. Təqdim olunmuş render fotolarda arxa paneldə yandırıb/söndürmə düyməsi, korpusun kənar hissəsində səs gücləndiricisi düyməsi əks olunmuşdur. Buna oxşar funksional düymələrini biz LG G5-də görmüşdük. Lakin yeni modelin arxa qapağı V20 fabletindəki kimi yastı formada olacaq. Bəzi məlumatlara əsasən şirkət bu dəfə yeni smartfonunda çıxarıla bilən enerji batareyasından imtina edəcək. Lakin bunun əvəzində cihaz suyadavamlı olacaq.
    LG G6 metal korpusa sahib olacaq və bu dəfə qalın rəng örtüyündən azad olacaq. Həmçinin smartfonun ikili arxa kameraya və göz qişasının skan sisteminə sahib olacağı da gözlənilir. Ekranın 5.3-dən 5.5 inç ölçüdə olacağı təxmin edilir. Texniki göstəricilərinə gəldikdə isə çox güman ki, LG G6, 8 nüvəli Snapdragon 835 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. 3.5 mm-lik audio giriş isə olduğu kimi qalacaq. LG G6 gələn ilin Fevral ayının sonunda keçiriləcək MWC 2017 sərgisində təqdim olunacaq. Şirkət, smartfonu rəqiblərindən öncə satışa çıxartmağı planlaşdırır. Buna görə də cihazın istehsalı Fevral ayında start götürəcək və Mart ayında satışa çıxacaq.

    Linki kopyala