main-post-cover

    LG K8 rəsmi olaraq elan edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Günün ilk saatlarında 'son dərəcə əlverişli' olaraq xarakterizə etdiyi yeni ağıllı telefonu Stylus 2i açıqlayan LG, indi isə yeni ağıllı telefonu LG K8'i elan etdi Xatırlayırsınız ki, firma 2016-ın əvvəllərindəki CES 2016 sərgisində aşağı qiymətli K4, K7 və K10'u açıqlamışdı. LG-nin artıq imzası xüsusiyyətindəki arxa tərəfdəki səs və güc düymələri bu modeldə də iştirak edir.

    144.6 x 71.5 x 8.7mm ölçülərində və 156 qram ağırlığında olan K8 aşağıdakı xüsusiyyətlərə malikdir:


    -5 Düym, 720p IPS ekran
    -MediaTek MT6735, dörd nüvə 64-bit çip dəsti
    -1.5GB RAM
    -8GB Daxili yaddaş, microSD dəstəyi
    -8MP Arxa kamera-LED flash
    -5MP Ön kamera
    -2,125mAh Li-Ion batareya
    -LTE dəstəyi
    -Android 6.0 Marshmallow, LG interfeysi


    Digər tərəfdən cihazın satış qiyməti və haralarda satışa təqdim ediləcəyi mövzuları hələ sirrini qoruyur. LG-nin rəsmi Macarıstan saytında elanlan LG K8'in Avropa daxilində satışa təqdim ediləcəyini söyləyə bilərik. LG-nin bu məlumatları MWC 2016 sərgisində verməsini gözləyirik.

    Linki kopyala