

Məişət avadanlıqları, kompüter hissələri və smartfonların istehsalı ilə məşğul olan böyük texnologiya şirkəti LG bu ilin ikinci yarısına aid maliyyə hesabatını açıqlayıb. Hesabatda ötən ilin bu vaxtına nisbətdə LG-nin gəlirlərində 60% azalma qeydə alındığı göstərilir. Belə ki, ötən ilin maliyyə hesabatına görə ilin ikinci yarısında şirkət 533 milyon dollar gəlir əldə edib, hazırda isə bu göstərici 211 milyon dollardır.
LG-nin ən çox gəlir gətirən şöbələrindən sayılan LG Mobile üç aylıq periodda 14.1 milyon smartfon sataraq 3.33 milyard dollar gəlir əldə edib lakin bu pulun yalnızca 172 min dolları xalis gəlirdir. Bu da o deməkdir ki şirkət hər smartfondan 1.2 sent qazanc əldə edə bilir.
Analitiklər bu azalmanın gələcəkdə LG üçün böyük problemlər yarada biləcəyini, lakin LG G4-ün hələ də bütün ölkələrdə satışa çıxarılmamasının şirkətə üçün çıxış yolu ola biləcəyini bildiriblər.
Şərh yoxdur