main-post-cover

    LG qlobal kredit kartı yaradır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Life is Good” sloqanı ilə qarşımıza çıxan Cənubi Koreya şirkəti olan LG Electronics, yəni LG yeni bir proyekt ilə qarşımıza çıxır. Apple Pay və Android Pay texnologiyasından sonra LG şirkəti də qlobal ödəmə sistemi yaratmağa qərar verib. Bir çox insanın portmanında müəyyən qədər kredit kartı vardır və bunlar əlbəttə ki, çox yer tutur. Amma LG bu barədə insanlara kömək etmək fikrindədir. Yeni texnologiyası ilə bütün kredit kartlarını bir kartda birləşdirəcək qlobal kart yaratmaq üçün proyekt hazırlayıb. ETNews tərəfindən verilən məlumatlara görə LG yeni yaratdığı kartı bazara təqdim etmək fikrindədir.
    lgpay
     
    Sızdırılan görüntüyə görə kartın adının LG Pay olması nəzərdə tutulub. Bunun yanında kiçik LCD ekran və düymələr var. Bu düymələr ilə kartlar arasında hərəkət edə, LCD ekranda isə enerji durumunu və hansı kartda olduğunuzu görə bilərsiniz. Hələki rəsmi firma tərəfindən bir açıqlama olmasa da, yaxın zamanlarda hər kəsi təəccübləndirəcək proyekti açıqlaya bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər