main-post-cover

    "LG" şirkəti uzun müddət enerji saxlayan LG X Power 2-ni təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "LG” şirkəti, MWC 2017 sərgisindən öncə yeni smartfonu LG X Power 2-ni təqdim edib.

    Yeni model, keçən il satışa çıxmış LG X Power-in davamçısıdır. LG X Power 2, 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Şirkətin məlumatına əsasən tam şarj olunmuş halda smartfon vasitəsilə 15 saat video izləmək, 14 saat GPS-dən istifadə etmək və 18 saat internetdə lazımi işləri görmək olar. Sürətli enerji yığma texnologiyası sayəsində LG X Power 2, 1 saat ərzində 50% şarj olunma xüsusiyyətinə sahibdir. Tam enerji yığma müddəti isə 2 saatdır. Smartfonun texniki göstəricilərinə gəldikdə isə o, 5.5 inç HD ekran, 8 nüvəli prosessor, 1.5/2 GB RAM, 16 GB daxili yaddaş (microSD özəllikli), 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ön kamera da işıqlandırma sisteminə sahibdir. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışır. Onun qiyməti isə hələki məlum deyil.

    Linki kopyala